Əli Kərimlinin satqınlığını əks etdirən səs yazısı üzə çıxa bilər ANALİZ

Əli Kərimlinin satqınlığını əks etdirən səs yazısı üzə çıxa bilər ANALİZ

Müxalifətdə olmaq dövlətə müxalifətçikdə olmaq deyil. Cəmiyyətin inkişafına, demokratik proseslərin sürətləndirilməsinə dəstək verilməsi müxalifət partiyalarının başlıca amalı və prinsipi olmalıdır. "Siyasi partiyalar haqqında qanuna" və digər qanunvericilik aktlarına görə də mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların fəaliyyət istiqamətləri və hədəfləri açıq şəkildə göstərilib. Təəssüflər olsun ki, Azərbaycanın dağıdıcı müxalifəti qanunvericilik aktlarını pozmaqla yanaşı, ictimai maraqları və tələbləri də nəzərə almırlar. Fəaliyyətlərini yalnız dövlətçilik və milli maraqlara xələl gətirmək üzərindən öz şəxsi mənafelərini təmin etməyə cəhdlər göstərirlər. Bu gün bütün dünya azərbaycanlıları, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışır, Qarabağ iqtisadi ərazilərində separatçıların və onların himayədarlarının ifşası istiqamətində müvafiq işlər görülür, dağıdıcı müxalifət isə xarici qaranlıq dairələrlə birləşib milli maraqlarımıza ziyan vurmağa cəhdlər edirlər. Bu cəhdlər isə uğursuzluğa düçar olur. Çünki hər kəs Əli Kərimlinin, Cəmil Həsənlinin, G.Hacıbəylinin və digərlərinin özlərinin müstəqil mövqelərinin olmadığını, daim xarici ağalarının sifarişləri ilə hərəkət etdiklərini bilirlər.

Əli Kərimli hər şeyi qara rəngdə görür

Dağıdıcı müxalif ünsürlərin düşüncəsinə görə, Azərbaycanda hər şey qara zolaqdan ibarətdir, hansısa bir uğur, qələbə mövcud deyil. Yəni, 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsini görmək üçün gözləri kor, Azərbaycanın beynəlxalq reytinqlər siyahısında öncül yerlərdə olması, adının hörmətlə çəkilməsini eşitmək üçün qulaqları kardır. Təbii ki, bu cür fəaliyyətlə cəmiyyətdə uğur qazanmaq və siyasi dəstək əldə etmək mümkün deyil. Necə ki, bunun acı nəticəsini müxalif partiyalar yaşamaqdadırlar. Ölkəmizdə keçirilən bütün seçkilərdə müxalifətin rüsvayçı məğlubiyyətlə üzləşməsi cəmiyyətin onlara vurduğu sərt şillədir, ən böyük cəzadır. Buna baxmayaq, onlar seçkilərdə uğur qazana bilməmələrinin səbəblərini elmi-siyasi təhlilini aparmırlar. Ən azı papaqlarını qarşılarına qoyub, seçki məğlubiyyətinin səbəblərini müzakirə etmirlər. Bu da növbəti seçkilərdə onların yenidən acınacaqlı məğlubiyyət yaşamalarına gətirib çıxarır. Fikir verilsə bir daha aydın olar ki, AXCP, Müsavat, Milli Şura, Real və digər dağıdıcı müxalif partiyaları daim destruktiv fəaliyyətə üstünlük veriblər. Hər zaman milli maraqlarımız, dövlət və dövlətçiliyimizə qarşı əks-kampaniya aparıblar. Sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkilərinin yaxınlaşması ilə bu ünsürlərin separatçı fəaliyyətləri daha da aqressiv xarakter alıb. Demək olar ki, Əli Kərimli, Cəmil Həsənli və onların ətrafında fırlanan trollar bütün günü sosial şəbəkələrdə qarayaxma kampaniyası aparmaqla məşğuldurlar.

Dağıdıcı müxalifətin sonu yaxınlaşır

AXCP, Milli Şura funksionerləri özlərinə bir sual vermirlər ki, bu dövlət onlara nə edib? Niyə xalqa düşmən kəsiliblər? Qrant o qədərmi şirindir? Axı xarici maraqlı dairələrin sifarişləri əsasında dövlət maraqlarına qarşı çıxmaq onları cəmiyyət önündə gözdən salır. Şübhə yoxdur bu suallara cavab vermək imkanları olsa, məsuliyyətləri artar və yanlış yoldan çəkinərlər. Görünən isə ondan ibarətdir ki, hələ uzun müddət onlar yanlış yolların yolçuları olacaqlar. Çünki üzərlərinə bir hərfini belə redaktə etmələri mümkün olmayan öhdəliklər götürüblər. Əgər cəsarətə gəlsələr, o zaman Əli Kərimlinin hansısa xarici maraqlı şəbəkə təmsilçisi ilə separat danışıqlarını əks etdirən səs yazısı üzə çıxar və bununla da ifşa olunar. Onsuz da vaxtaşırı olaraq Ə.Kərimlinin başının üstündə bir zaman işbirliyinə dair razılaşma əldə edib fəaliyyətə başladığı "dost"ları tərəfindən xəbərdarlıq xarakterli buludlar dolaşır. Xaricdəki antimilli ünsürlərdən Qabil Məmmədovun, Trol Sadıqlının, Sevinc Osmanqızının Ə.Kərimliyə ünvanlanan hədə mesajları təsadüfi sayıla bilməz. Bununla xarici maraqlı dairələrin "boss"ları Ə.Kərimli ilə aralarında olan razılaşmaya dair danışıqlarını və yazışmalarını antimilli ünsürlər vasitəsilə ictimaiyyətə açıqlaya bilərlər. Bu digər faktlar önündə boynu tükdən də incə olduğundan Ə.Kərimli tapşırıqları icra edir. Bu fəaliyyət nə qədər davam edəcəyini demək çətin olsa da, hər halda ortada olan fakt ondan ibarətdir ki, Ə.Kərimlinin sonu yaxınlaşır. Onun xilası yalnız könüllü şəkildə Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olması ola bilər. Bu halda bağışlanması, ən azı yüngül cəza ilə uzunmüddətli həbsdən qurtulmaq şansı ola bilər. Əks halda fəlakət onun qapısı önündədir.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə