Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü iclası Belarus Respublikasının bu təşkilata üzv qəbul olunması ilə başlayıb. SİA xəbər verir ki, ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında”, “ŞƏT-in təkmilləşdirilməsi haqqında” təşəbbüslər qəbul ediləcək.

Bütövlükdə dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini daha da gücləndirəcək, eləcə də aktual beynəlxalq və regional problemlərin həllinə kömək edəcək geniş spektrli məsələləri nəzərdən keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə