Güclü dövlət, güclü ordu, Qalib Lider

Son 20 ildə Prezident İlham Əliyevin diplomatik və"Dəmir siyasəti" 44 gündə mümkünsüzü mümkün etdi.

Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, “Bizim məqsədimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq, biz daha da möhkəm orduya malik olacağıq”. Bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkə statusunu daşıyır. Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texnikitəminatı baxımından Azərbaycan nümunəvi dövlət olaraq qəbul edilir. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsindəAzərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən ordu kimi formalaşıb. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra isə ordumuzun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub.

44 GÜNDƏ MÜMKÜNSÜZÜ MÜMKÜN EDƏN GÜCLÜ AZƏRBAYCAN ORDUSUDUR

Azərbaycanın zəngin dövlətçilik tarixində güclüordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ənəsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yaranabiləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ali Baş Komandan, Prezident İlham Əliyev də çıxışlarının birində demişdiki, müasir mütəşəkkil ordu yaradılması Ulu ÖndərHeydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Hadisələrin sonrakı inkişafının sübut etdi ki, 1993-cü ilin 15 iyununda ulu öndər Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr kimi ordu quruculuğu prosesi də sürətlə inkişaf etməyə başladı. Və bu uğurlu siyasətin layiqli davamçısı son 20 ildə Prezident İlham Əliyevin diplomatik və "Dəmir siyasəti" nəticəsində 44 gündə mümkünsüzü mümkün edən Güclü AzərbaycanOrdusu 30 illlik torpaq həsrətinə son qoyaraq qələbə Zəfərinə nail oldu. Bu Zəfər qələbəsi Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı. Silahlı Qüvvələrimiz döyüş meydanında öz qəhrəmanlıqlarını sərgilədi. Dövlət başçımızındediyi kimi, bizim əsgərlərimiz öz doğmat orpaqlarında vuruşur: “Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür”. Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyünün bərpa olunacağıvə bunun istənilən yolla təmin ediləcəyinə dair vədinin 44 günlük Vətən müharibəsində yerinə yetirilməsi birdaha bu sözləri təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinəvə dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətləndi. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin əyani şəkildə sübutudur. Müharibənin eləilk günlərindən Silahlı Qüvvələrimiz döyüş meydanında öz qəhrəmanlıqlarını sərgilədi.

MÜSTƏQİLLİK TARİXİNİN 2022-2023-CÜ İLLƏRİN ZƏFƏR BÜDCƏSİ

Bu gün Azərbaycan son 20 ildə dünyanın heç birdövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib və bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunungücüdür, potensialıdır. Ali Baş Komandanın rəhbərliyiilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın əngüclü Silahlı Qüvvələrinə çevrilib, regionun vədünyanın 50 güclü orduları sırasına yüksəlib. Və 2022-ci il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlikistiqamətləri üzrə 4 milyard 489 milyon 892 min 429 manat vəsait ayrılmışdır. 2023-cü ildə isə dövlətbüdcəsindən milli təhlükəsizlik xərclərinə ayrılanvəsait 375 milyon 354 min 411 manat təşkil edir, əvvəlisə bu, 364 milyon 236 min 911 manat təşkil edirdi.Büdcə layihəsində gəlir və xərclərin təhlili göstərir ki, növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahınındaha da yaxşılaşmasını və ölkəmizin qüdrətininyüksəlməsini, Qarabağımızın yenidən dirçələcəyini vəiqtisadi inkişafın davamlılığını təmin edəcək. Vənövbəti mərhələdə Cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək, güclü dövlətin güclü ordusu çox tezliklə, Qarabağın işğal olunmuş ərazilərimizi dəgeriyə qaytaracaq! Həmçinin, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır və işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əlçəkərək, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azadetməlidir, əks-təqdirdə, təcavüzkar Ermənistanqarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü birdaha görəcək!

Muxtar Nağıyev

YAP Səbail rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə