Azərbaycanın enerji sektorunda güclü mövqeyi və innovativ gələcəyi - TƏHLİL

Azərbaycanın enerji sektorunda güclü mövqeyi və innovativ gələcəyi - TƏHLİL

Bakı Enerji Həftəsi regionun və dünyanın enerji sektorunda aparıcı tədbir kimi hər il diqqət mərkəzinə çevrilir. Builki tədbir Bakıda üç mötəbər tədbiri bir araya gətirir, regionun və dünyanın enerji sektorunda ən son yenilikləri və strategiyaları müzakirə etmək üçün unikal platforma təmin edir. Bakı Enerji Həftəsi enerji sektorunun müxtəlif sahələrindən olan mütəxəssisləri bir araya gətirir, sektordakı ən son tendensiyaları müzakirə etmək üçün imkan təqdim edir. Sərgi çərçivəsində təşkil olunan sessiyalar və panellər iştirakçılara enerji sektorundakı son yeniliklər haqqında məlumat verir və gələcək strategiyaların müəyyənləşdirilməsinə töhfə verir.

Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin açılış mərasimində iştirakı Bakı Enerji Həftəsinin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Bu hadisə Azərbaycanın enerji sektorunda liderliyini və regional enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha nümayiş etdirir. Bakı Enerji Həftəsində iştirak edən şirkətlər arasında Azərbaycan, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, İngiltərə, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Hollandiya, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiyadan şirkətlər var. Bakı Enerji Həftəsi ənənəvi enerji resursları sənayesini yeni yaşıl enerji istiqamətləri ilə birləşdirərək sektorda tərəqqi və qabaqcıl təcrübələrin əsasını qoyur. Builki tədbir Azərbaycanın enerji sektorunda liderliyini və regional enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaq. Bundan əlavə, bu il “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyi kimi mühüm hadisənin yubileyi də qeyd olunur. Bu da tədbirə xüsusi məna qatır. Bakı Enerji Həftəsi Azərbaycan üçün təkcə iqtisadi məsələ deyil, həm də ölkənin enerji sektorunda əsas rolunu və gələcək potensialını vurğulayan mühüm beynəlxalq platformadır. Beləliklə Azərbaycan enerji ilə zəngin ölkə kimi həftə ərzində keçirilən tədbirlərdə ölkənin enerji sahəsində liderliyini və strateji əhəmiyyətini nümayiş etdirir.

Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorunda liderliyini vurğulamaqla yanaşı, ölkənin gələcək enerji strategiyasının formalaşdırılmasında da mühüm rol oynayır. Tədbir Azərbaycanın enerji portfelinin şaxələndirilməsini də daha dəqiq göstərəcək. Azərbaycanın enerji sektorunda strateji yeri və təbii ehtiyatları ilə regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin artıq onun güvənli beynəlxalq tərəfdaş nüfuzu ilə uzlaşır. Ölkə Xəzər dənizində zəngin neft və təbii qaz ehtiyatları ilə mühüm enerji ixracatçısıdır. Beləliklə Bakı Enerji Həftəsi Azərbaycanın strateji əhəmiyyətini vurğulayır və ölkənin enerji sektorunda liderliyini daha da gücləndirir. Azərbaycan Bakı Enerji Həftəsi vasitəsilə beynəlxalq əməkdaşlığı artırmaqla enerji sahəsinə daha çox investisiya cəlb etməyi və texnologiya transferini təşviq etməyi hədəfləyir. Bu, ölkəyə enerji sektorunda daha böyük innovasiya və inkişafa nail olmağa kömək edir və Azərbaycanın regional enerji mərkəzinə çevrilməsi potensialını artırır. Belə ki, gələcəkdə Azərbaycanın enerji sektoru təkcə milli inkişafı dəstəkləməyəcək, həm də regional sabitliyi və təhlükəsizliyi gücləndirəcək.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə