"Polineziyasız Fransa nüvə silahı əldə edə bilməzdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bəzi dövlətlər hələ də müstəmləkəçilik siyasətini davam etdirirlər. Fransız Polineziyasındakı vəziyyət də bunu sübut edir. Fransa hökuməti yalnız 2010-cu ildə nüvə sınaqları ilə əlaqədar kompensasiya üzrə komissiyanı yaradıb". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nizami Səfərov deyib.

Deputat bildirib ki, Polineziyasız Fransa nüvə silahı əldə edə bilməzdi: "Nüvə sınaqlarının 25 illik tarixində-2021-ci ildə Fransa Prezidenti Emmanuel Makron əraziyə səfər edərək rəsmi şəkildə bu xalqdan üzr istəməyib. 2020-ci il 10 dekabrda BMT xüsusi qətnamə qəbul edib ki, buna əsasən, 2020-2030-cu illər kolonizasiyadan tam xilas olmasının dördüncü on ili hesab olunur və ümid edirəm ki, Polineziya bu müstəmləkəçilikdən həmin dövrdə qurtulacaq”,- deyə deputat əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə