Ermənistanın COP29-un Bakıda keçirilməsinə razılığı etimad tədbirlərinin nəticəsidir - Elçin Əmirbəyov

Ermənistan COP Bürosunun üzvü kimi etimadın möhkəmləndirilməsi tədbirləri nəticəsində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi etməsi ilə razılaşıb. SİA xəbər verir ki, bunu Almaniyanın “Zeit” qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir:

“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik. 32 erməni hərbçisinin 2 azərbaycanlı hərbçi ilə dəyişdirilməsi barədə razılığa gəldik. Eyni zamanda, Ermənistan COP Bürosunun üzvü kimi öz növbəsində Azərbaycanın bu il COP29 iqlim konfransına ev sahibliyi etməsi ilə bağlı razılığa gəlib. Bu, etimad tədbirlərinin nəticəsi idi və bunun necə həyata keçirilə biləcəyini göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə