“Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Qorxu erməni cəmiyyətində mental bir hisdir. Onlar hər zaman özləri üçün düşmən obrazı yaradaraq bu qorxu üzərindən cəmiyyəti manipulyasiya etməyə çalışırlar. Hazırda Ermənistanda yenə eyni proses yaşanmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşması prosesinin əleyhinə olan qüvvələr guya Ermənistan tərəfindən atılan hansısa addımları güzəşt kimi qiymətləndirir və bunun gələcəkdə daha böyük problemlər yaradacağını qeyd edirlər: “Xüsusilə də biz bunu son dövrlərdə Qazaxın 7 işğal altında olan kəndləri ilə bağlı məsələdə daha çox görməkdəyik. İşğal altında olan kəndlərimizi boşaltmaq əvəzinə, bu kəndlər boşalarsa Ermənistanın təhlükəsizliyi üçün ciddi problemlərin yaranacağı önə çəkilir və bununla da əhali arasında xof yaratmağa çalışılır”.

Politoloq sözlərinə davam edərək bildirib ki, kütləvi şəkildə cəmiyyətə qorxu hissini yeritməyə çalışılanda bu, millətin düşüncəsini zədələyir: “Hazırda erməni cəmiyyətində normal düşüncə sahiblərinin sayı çox deyil. Bu qorxu hissi ilə tərbiyə olunmuş cəmiyyət insanlara qarşı aqressiv münasibətini davamlı şəkildə nümayiş etdirir. Amma erməni əhalisi başa düşməlidir ki, qonşularla münasibətdə səmimi və konstruktiv olduqda bu cür hislərə ehtiyac qalmır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə