"Makron islamafobiya siyasəti həyata keçirir“ - ŞƏRH EDİLDİ

“Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin verdiyi açıqlama sadəcə olaraq Fransa prezidenti Makronun "Ukraynaya qoşun göndərəcəyik" açıqlamasına cavabdır. Ümumiyyətlə, Fransa belə bir terrorda əldə oluna bilməz. Fransanın hər hansı marağı yoxdur. Sadəcə olaraq Dmitri Medvedev həmişə belə qeyri-obyektiv açıqlamaları ilə gündəmə gəlir. Heç bir əsası da yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Emmanuel Makron islamafobiya siyasəti, irqi ayrı-seçkilik həyata keçirir: “Amma birbaşa Moskvada baş verən terrorda Fransanı ittiham etmək, bunun arxasında Fransa rəhbərliyinin dayanmasını ittiham etmək yanlışdır. Təbii ki, Fransa Afrikada neoimperialist siyasəti yürüdür. Müstəmləkəsi altında olan xalqlara qarşı qanunları kobud şəkildə pozur. Amma Moskvada belə terror aktını həyata keçirməsi qəbuledilməz fikirlərdir. Sadəcə bu Dmitri Medvedevin öz subyektiv fikridir”.

Bütün xəbərlər Facebook səhifəmizdə