TERRORDA FRANSA İZİ – TƏHLİL

Terrora dəstək verməkdə Fransanın maraqlı olduğu dəfələrlə öz təsdiqini tapıb. Tarixi faktlarla yanaşı, son zamanlar müşahidə edilənlər, daha dəqiq desək, işğalçı ölkənin silahlandırılması, terrorçuların silah-sursatla təmin edilməsi üçün rəsmi Parisin əldən-ayaqdan getməsi Fransanın terroru dəstəklədiyini isbatlayır. Məhz bu səbəbdəndir ki, həmin Avropa ölkəsinin terroru dəstəkləyən ölkə imici artıq formalaşıb və Fransa, eləcə də şəxsən president Emmanuel Makrona qarşı bir-birinin ardınca ciddi ittihamların səsləndirilməsi heç də təsadüfi deyil.

“Krokus Siti Holl”-da törədilən qanlı terror aktının arxasında Makronun olması ilə bağlı Medvedevin haqlı ittihamları

Diqqətə çatdıraq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev beynəlxalq münasibətlərə baxışı kökündən dəyişə biləcək son bəyanatında Fransa və şəxsən prezident Emmanuel Makrona qarşı ciddi ittihamlar səsləndirib. O, açıq şəkildə ifadə edib ki, azərbaycanlı iş adamlarına məxsus “Krokus Siti Holl” konsert zalında törədilən qanlı terror aktının arxasında Makron və bir sıra digər Qərb liderləri dayanırlar. “Onların bir çoxu ortaqlardırlar. Mal-mülk, pul verənlərin, hərəkatı təşkil edənlərin, atəş açmağı öyrədənlərin dairəsi genişlənir. Daha maraqlısı isə terrorçuların digər ortaqları, yaxud beynəlxalq sponsorlardır. Burada, təəssüf ki, vəziyyət belədir və bunlara NATO ölkələrinin yüksək vəzifəli şəxsləri daxildir. Bəli, ən azı Makron özü. Onun ritorikası və hərəkətləri, ən əsası isə “Bandera rejimi” ilə məxfi əməliyyatlara görə tətbiq etdiyi sanksiyalar baxımından 22 mart terror aktında şərik kimi qiymətləndirilə bilər”, deyə Medvedev Telegram-da yazıb. Təbii ki, Dmitri Medvedevin bu şəkildə qeyd etməsini təsadüfi hesab etmək olmaz. Heç şübhəsiz ki, onun belə bir ittihamı səsləndirməsi üçün əsası da, arqumentləri də yetərincədir. Kənardan müşahidə etdikdə belə bir qənaətə gəlinməsi üçün əsas görünür. Ona görə də belə bir ittiham heç də qeyri-adi səslənmir.

Fransa prezidenti Rusiyada daxili dini və etnik qarşıdurmaları qızışdırmaqda maraqlı görünür

Ən azından “Krokus Siti Holl” konsert zalında törədilən qanlı terror aktında şəxsən Emmanuel Makronun nə üçün maraqlı olduğu sualı barədə düşünmək bəzi məqamlara aydınlıq gətirilməsi üçün kifayət edir. Məsələn, Fransa prezidentinin Rusiyada daxili dini və etnik qarşıdurmaları qızışdırmaqda maraqlı olduğu təkzib edilə bilməz. Xüsusən də Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq üçün Makron kimi bir ara qızışdıranın belə bir terror aktına əl atması da məntiqidir. Hətta şübhə etmirik ki, o bu terror aktının indi Fransa üçün də faydalı olduğu qənaətindədir. Çünki Makron elə hesab edir ki, Azərbaycanla Rusiya arasındakı münasibətləri pozmaqla öz çirkin niyyətlərini gerçəkləşdirə bilər. Ələlxüsus da, onun hər iki ölkəyə qarşı hansı mövqedə olmasını nəzərə aldıqda görürük ki, Fransa liderinin belə bir terror aktının törədilməsinə can atması tam gözləniləndir. Hər halda Fransa xüsusi xidmət orqanlarının himayəsi altında həyata keçirilən bu cür “əməliyyatların” tarixi kontekstinin və belə bir əməlin mümkün motivlərinin daha ətraflı araşdırılması bu mürəkkəb mənzərəni daha yaxşı anlamağa, eləcə də Fransanın terror aktında rolunu görməyə imkan verəcək. Bu arada Fransa xüsusi xidmət orqanlarının müxtəlif terror təşkilatları ilə qarşılıqlı əlaqədə zəngin təcrübəyə malik olması barədə məlumatları gözdən keçirmək də yerinə düşər.

Fransanın terroru dəstəkləyən ölkə imici artıq çoxdan formalaşıb

Yəqin ki, Fransanın Lafarge şirkətinin Suriyadakı fəaliyyəti barədə məlumat heç kim üçün sirr deyil. Şübhəsiz ki, həmin şirkətin fəaliyyətinin məhz Fransanın terror təşkilatları ilə əlaqələrini təsdiqləyən ən diqqətçəkən və qalmaqallı nümunələrdən biri olduğu da hər kəsə bəllidir. Şirkətin birbaşa münaqişə zonasında yerləşən zavodunun vətəndaş müharibəsi dövründə fəaliyyətini davam etdirməsinin təsadüfi olduğunu çətin ki, kimsə düşünsün. Hər halda bunun məqsədli şəkildə olduğu barədə faktlar da doğru qənaətə gəlmək üçün əsas verir. Beləki, beynəlxalq terror təşkilatı kimi tanınan İŞİD ilə maliyyə əməliyyatlarında iştirak doğru və düzgün nəticəyə gəlmək üçün kifayətdir. TRTWorld platformasında yayılan xəbərlərə görə, zavod Türkiyə kəşfiyyatının keçirdiyi əməliyyat nəticəsində məhv edilib və hər halda onun məhv edilməsi də təsadüfi sayıla bilməz. Çünki onun məhv edilməsi əməliyyatı məhz tikinti materiallarının alqı-satqısı yolu ilə maliyyə dəstəyi göstərməklə İŞİD-in ehtiyaclarına mahiyyətcə xidmət edən zavodun fəaliyyətinin hərtərəfli təhlilindən sonra həyata keçirilib. Bir sözlə, Fransa şirkətinin məhz terror təşkilatını maliyyələşdirməsi açıq şəkildə ortaya çıxıb və bunu təsdiq edən faktlar da yetərincədir. Deməli, Fransa dövlətinin terrorizmin dəstəklənməsində maraqlı olan ölkə kimi tanınması əbəs yerə deyil və ittihamların səsləndirilməsi üçün də yetərincə əsas ortaya çıxıb. Ümumiyyətlə, bu Avropa ölkənin terroru dəstəkləyən ölkə imici artıq çoxdan formalaşıb.

Fransanın erməni terrorizminə göstərdiyi dəstəklə əlaqədar arqumentlər

Qeyd etdiyimiz kimi, Fransa hal-hazırda terror törətmək, işğalçılıq etmək niyyətində olan revanşist erməniləri dəstəkləyir və hətta onları silah-sursatla, hərbi texnika ilə təmin edir. Hətta rəsmi Paris, daha dəqiq desək həmin o Avropa ölkəsinin rəsmiləri açıq şəkildə bəyan edirlər ki, Fransa işğalçı ölkə olan Ermənistana bundan sonra da silah tədarükü etmək niyyətindədir. Yəni, fransızların rəsmi nümayəndələri belə etiraf edirlər ki, ölkələri terrorçuların silahla təmin edilməsinə indiyə qədər çalışdığı kimi, bundan sonra da çalışacaq. Bu fakt özü təsdiq etmirmi ki, Fransa terroru dəstəkləyən ölkədir? Əlbəttə ki, təsdiq edir. Özü də həmin ölkənin terroru dəstəklədiyini isbatlayan faktlar bununla birmir və tarixə nəzər saldıqda görürük ki, yetərincədir. Xüsusən də erməni terrorçulara göstərilən dəstəklə əlaqədar arqumentlər var. Məsələn, Fransanın, xüsusilə ASALA kimi tanınan erməni terror qruplarına dəstək verməsinin uzun tarixi var və bu barədə məlumatlar kifayət qədərdir. Beləki, 1975-ci ildə yaradılan bu qrup beynəlxalq diqqəti qondarma “erməni məsələsi”nə cəlb etmək üçün dünyanın müxtəlif yerlərində, xüsusən də Avropadan Yaxın Şərqə qədər həyata keçirdiyi çoxsaylı terror aktları ilə tanınır. ASALA adlı həmin təşkilatın beynəlxalq diqqəti cəlb edən qətlləri, girov götürmələri və digər zorakılıq aktları həyata keçirmələri ilə bağlı məlumatlar az deyil. Eyni zamanda, həmin təşkilata Fransanın dəstəyi barədə də məlumatlar var. Fransanın həmin o terror təşkilatına dəstəyi müxtəlif maddi-texniki və maliyyə yardımı formasında olub. Elə bu dəstək sayəsində də ASALA uzun müddət mövcud ola və terrorçuluq fəaliyyətini davam etdirə bilib.

Terrorun dəstəklənməsi beynəlxalq münasibətlərin ümumi mənzərəsinə mənfi təsir göstərir, ölkələr arasında gərginliyin artmasına səbəb olur

Fransanın Afrikada yürütdüyü siyasət haqqında artıq kifayət qədər məlumatlar ictimaiyyətə təqdim olunub və bu barədə dünya ictimaiyyəti yetərincə məlumatlıdır. Həmin məlumatlar Fransanın mahiyyəti barədə təhlil etmək, həmin ölkənin terrora maraqlı olduğunu təsdiq etmək üçün bəs edir. Çünki Fransanın qarşılıqlı əlaqələrinin dərindən təhlili həmin ölkənin regiondakı siyasətində həm tarix boyunca, həm də müasir dövrdə terror meyllərini açıq aşkar ifşa etmiş olur.

Sözsü ki, sadalanan faktlar Fransanın terror fəaliyyətini dəstəklənməsi və milli maraqlara nail olmaq üçün terror strukturlarından istifadə etməsini isbatlayır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna malik olmasına baxmayaraq, Fransanın bir sıra regionlarda fəaliyyəti beynəlxalq normalara və beynəlxalq aləmdə məsuliyyətli davranış prinsiplərinə əməl olunması ilə bağlı ciddi suallar doğurur. Terror qruplarını dəstəkləmək, bütöv regionların sabitliyinin pozulmasında iştirak etmək, hətta birbaşa və ya dolayı yolla zorakılıq aktlarına sponsorluq etmək Fransanın Cenevrə və BMT-nin terrorla mübarizə konvensiyaları kimi beynəlxalq müqavilə və konvensiyalara sadiqliyini şübhə altına alır. Eyni zamdanda onu da diqqətə çatdıraq ki, bu cür siyasət, yəni terrorun dəstəklənməsi beynəlxalq münasibətlərin ümumi mənzərəsinə mənfi təsir göstərir, ölkələr arasında gərginliyin artmasına səbəb olur. Ona görə də bu cür fəaliyyət, bu şəkildə aparılan siyasət, terrorun dəstəklənməsi beynəlxalq müstəvidə, qlobal səviyyədə pislənilməli, qarşısını alınması üçün effektiv mexanizmlər hazırlanmalıdır.

Terrorizmə dəstək beynəlxalq forumlarda açıq müzakirə və konstruktiv tənqid tələb edir

Sözsüz ki, terrorun dəstəklənməsinin bir daha təkrarlanmaması üçün addımlar atılmalı, tədbirlər görülməlidir. Etiraf edək ki, bunun üçün ən effektiv üsul, ən təsirli tədbir məhz beynəlxalq hüquq-mühafizə mexanizmlərinin tətbiq edilməsi hesab olunur. Hətta belə hesab olunur ki, hüquq-mühafizə mexanizmləri təsiq baxımından daha mühüm əhəmiyyət kəsb edir. Qlobal siyasətin və beynəlxalq münasibətlərin qanun, ədalət və bütün xalqların suverenliyinə hörmət prinsiplərinə əsaslanmasını təmin etmək üçün Fransanın terrorizmə dəstək rolu ilə bağlı məsələlər beynəlxalq forumlarda açıq müzakirə və konstruktiv tənqid tələb edir. Çünki terrorun dəstəklənməsi tarix boyu qlobal miqyaslı fəlakətlərə səbəb olub və bundan sonra da məhz elə qlobal səviyyədə, beynəlxalq miqyasda fəlakətlər vəd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə