“Bu günə qədər Ermənistanı qızışdıran Qərb olub” - ŞƏRH EDİLDİ

“Biz Qərbin siyasi məsələlərdə nə qədər ikiüzlü olduğunu tarixin bütün mərhələlərində görmüşük. Bu səbəbdən də Qərbdən Azərbaycanla bağlı hansısa müzakirələrin Ermənistanla aparılmadığını vurğulasalar da, bu inandırıcı görünmür. Baxmayaraq ki, ABŞ dövlət katibi və Avropa Komissiyasının sədri ölkə başçısına zəng edərək, də bunu vurğulamışdılar. Lakin biz onların sözünə inanmırıq. Çünki bu günə qədər Ermənistanı qızışdıran da məhz Qərb olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Fransa durmadan Ermənistanı silahlandırır, Qərb isə hansısa vədlər verir: “Təbii ki, burada Qərbin Ermənistan ərazilərini ikinci Ukrayna cəbhəsinə çevirmək planları ilə yanaşı, həmçinin Ermənistan da Qərbdən Azərbaycan əleyhinə təxribatlarını dəstək gözləyir. Bütün bu proseslərin fonunda sistematik şəkildə Ermənistanın Azərbaycan əleyhinə qızışdırılma tendensiyalarını biz müşahidə edirik. Bu baxımdan bu gün gün Ermənistan onun Brüsseldə Qərblə apardığı danışıqların üçüncü tərəflərə yönəlmədiyini söyləsə də, bu təbii ki, absurddur.

Bu gün Qərbin hədəflərindən biri Ermənistan vasitəsilə Cənubi Qafqaza daha çox təsir etməkdir. Qərb görür ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Azərbaycan hansısa ölkənin fikirləri ilə hərəkət etmir. Belə olan halda da maşa rolunda Ermənistandan istifadə edərək, Azərbaycana təzyiq göstərməyə çalışırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə