“Fransa kimi ölkələrə heç bir halda ümid etmək olmaz” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Fransa Prezidenti Emmanuel Makronun həyata keçirdiyi siyasət ayrı-ayrı nöqtələrdə gərginliyin yaradılmasına hesablanıb. Ümumiyyətlə Makron düşünür ki, bu və ya digər coğrafiyalarda gərginliyin yaradılması və gərginliyin davam etməsinin üzərindən hansısa məqsədlərinə çata bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, Fransanın məqəsədi ilə bağlı aydın təsəvvürlər mövcud deyil: “Ümumilikdə isə Fransa öz davranışları ilə aydın nümayiş etdirir ki, ABŞ-dan gələn təlimatlar əsasında davranır. Ukraynaya yardım məsələsində isə Fransa sadəcə olaraq geosiyasi eksperment etdilər. Hesablamaları isə yanlış oldu. Çünki Rusiyanın sanksiyalara tab gətirə bilməyəcəyini və Qərbin qarşısında geri çəkiləcəyini düşünürdülər. Lakin onların hesablamaları özünü doğrultmadı. Əksinə görünən reallıq ondan ibarətdir ki, Qərb Rusiyanın qarşısında geri çəkilməkdədir.
Artıq fərqli coğrafiyalarda da Rusiyaya qarşı cəbhələr açıb, hansısa balans yaratmağa çalışırlar. Elə Ermənistanın dəstəklənməsi də bununla əlaqədardır. Çünki Ermənistan cürət edib Rusiyaya qarşı çıxmazdı. Bütün bunlar bir daha göstərir ki, Fransa kimi ölkələrə heç bir halda ümid etmək olmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB