"Bu il azadlığına qovuşmuş Xocalı da öz şəhidlərini yad edir" - Pərvin Kərimzadə

"Xocalı soyqırımından artıq 32 il keçir. Bu il azadlığına qovuşmuş Xocalı da öz şəhidlərini yad edir. Mənə elə gəlir ki, tarixi ədalət artıq bərpa olunub. Xocalı soyqırımı qurbanlarının ruhu şaddır. Çünki onların vətəni azaddır. Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Xocalıda bu gün üçrəngli bayrağımız dalğalanır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

"Hər il olduğu kimi bu gün də Azərbaycan xalqı "Ana harayı" abidəsinə gələrək dəhşətli soyqırımın qurbanlarını dərin ehtiramla yad edir. Nə qədər ki Azərbaycan xalqı var, bu faciəni heç kim unutmayacaq və unutdurmayacaq. Biz illərdir Xocalıya ədalət istədik, bütün dünya dövlətlərindən bu soyqırımın tanımasını gözlədik. Bu soyqırımın tanınması üçün əslində əlimizdə faktlar da var. Çünki beynəlxalq konvensiyalara əsasən məhz soyqırımı tərifinə Xocalı faciəsi uyğun gəlirdi. Soyqırımı məhdud bir ərazidə eyni millətə, eyni irqə mənsub olan insanların kütləvi şəkildə qətlə yetirilməsidir. Xocalı faciəsi öz dəhşətinə görə dünyada baş verən digər soyqırımlarla eyni sırada dayanır. Xocalı soyqırımının qurbanlarını heç vaxt unutmayacağıq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə