Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri Rusiya ilə müharibənin başlanmasının ikinci ildönümündə Ukraynaya dəstəklərini bildiriblər. SİA xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko "X" sosial şəbəkəsində yazıb.
“Təşkilatın Azərbaycandakı səfirləri bütün Aİ-nin iki ildir Rusiyanın hərbi təcavüzünün qurbanı olan Ukraynaya sarsılmaz dəstəyini ifadə edirlər”, - o qeyd edib.
Səfir vurğulayıb ki, Aİ Ukraynaya və onun xalqına lazım olduğu müddətcə siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək göstərməyə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB