Milli Məclis Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatına razılıq verib. SİA xəbər verir ki, qanunverici orqanın fevralın 23-də keçirilən toplantısında onun namizədliyi səsverməyə qoyularaq qəbul edilib.
Daha sonra Fikrət Məmmədova söz verilib. O Azərbaycan Prezidentinə öz təşəkkürünü bildirib və Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı üçün and içib.
"Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycan Prezident İlham Əliyevin müəllifliyi ilə ərazi bütövlüyünü bərpa etmiş və həmin ərazilərdə konstitutsiyamız bərpa olunub. Belə dövrdə konstitutsiyanın aliliyinin qorunmasına xidmətin mənə nəsib olması həıyatımda çox mühüm əhəmiyyətə malikdir",- deyə o qeyd edib.
Xatırladaq ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB