Məzahir Pənahov nəticəsi ləğv olunmuş məntəqələrdən DANIŞDI

Məzahir Pənahov nəticəsi ləğv olunmuş məntəqələrdən DANIŞDI

Biz vətəndaşların konstitusiya hüququnu poza bilmərik. Hansısa məntəqədə pozuntular aşkar edildiyi halda ölçü götürülür. SİA xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) 2024-cü il 11 fevral tarixli protokolunun təsdiq və rəsmən elan edilməsinə dair konstitusiya işinə baxılması ilə əlaqədar keçirilən iclasda deyib.

MSK sədrinin sözlərinə görə, seçkilər keçirildikdən iki gün ərzində protokollar MSK-ya təqdim olunur: “Biz bu sənədlərlə tanış olduqdan sonra hər hansı çatışmazlıqların olub-olmadığını müəyyən edirik. Hər hansı xoşagəlməz hal olduğu halda, bu, araşdırılır.

Bu dəfəki seçkilərdə araşdırmadan sonra 11 məntəqə seçki komissiyasında nöqsanlar olduğu aşkar edildi. MSK-nın qərarı ilə həmin seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə