İlqar Məmmədov Əli Kərimlini təxribatçı muzdlu adlandırdı ANAILİZ
Hər zaman belə olub. Azərbaycan dövləti möhtəşəm uğurlara imza atanda, qələbələr əldə edəndə xarici maraqlı dairələrin və onların Bakıdakı təmsilçilərinin başağrıları başlayır. Əl-ələ verib hər vəchlə görülən fundamental işləri, nailiyyətləri heçə endirməyə çalışırlar. İstəkləri nəticəsiz qalsa da, pisliklərindən qalmırlar. Xüsusilə də, Azərbaycanın dağıdıcı müxalifəti çalışır ki, ölkəmizin qələbələrinə daha çox ləkə yaxsın. Bu isə onu təsdiq edir ki, dağıdıcı müxalifət göstərmək istəyir ki, onlar Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdirən Kristofer Simit, Frank Şveber, Marko Rubio, Qari Piters, Elizabet Uorren, Bill Kessedi, Şeldon Uaythaus, Bob Menendez, Piter Uelç və digər ermənipərəst məxluqlardan heç də geri qalmırlar, hətta müəyyən davranışları ilə üstün olmağa çalışırlar.
Dağıdıcı müxalifət arasında sağlam düşüncə sahibi yoxdur
44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsinə nə qədər xarici ermənipərəst dairələr ləkə yaxmağa çalışırdılarsa, onlardan da yüksək doza ilə dağıdıcı müxalifət qələbəyə kölgə salmağa cəhdlər göstərirdi. İstəkləri gözündə, bəd əməlləri ürəklərində qalsa da, əməllərini davam etdirirlər. İndi isə siyasi məzhəkələrinin kursunu azad və demokratik şəkildə keçirilən 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı dezinformasiyalar yaymaq, şər və böhtanlar səsləndirməklə fərqlənməyə cəhdlər göstərirlər. Belə demək mümkünsə, dağıdıcı ünsürlər şər kampaniyasında sanki bir yarış təşkil ediblər- kim daha çox böhtanlar tirajlaya biləcəklər. Hətta utanıb-çəkinmədən Müsavat, AXCP və Milli Şura 7 fevral seçkiləri ilə bağlı qara cümlələrlə zəngin olan bəyanat yaymaqdan da çəkinməyiblər. Halbuki, bu ünsürlərin seçkilərlə bağlı fikir yürütməyə, şərhlər verməyə heç bir mənəvi haqları yoxdur. Çünki birincisi öz ağılları ilə guya seçkiləri boykot etdiklərini bəyan ediblər. İkincisi, məntəqələrdə seçki prosesini izləyən müşahidəçiləri olmayıb. Üçüncüsü isə, özləri də səsvermədə iştirak etməyiblər. Bu halda sual edilir, seçkilərin gedişi, nəticələri ilə bağlı məlumatları haradan əldə etmisiniz? Əgər iddia edirsinizsə ki, "Azadlıq" radiosunun, "Meydan" TV-nin "Abzas Media"nın, qondarma seçki üzrə ekspert Anar Məmmədlinin informasiyalarına istinad etmisiniz, yanılırsınız. Çünki sözügedən KİV daşıyıcıları və qondarma seçki eksperti onlara təqdim olunan məlumatları səsləndirib, 10 il əvvəl hansısa ölkənin seçki sistemində baş vermiş hadisəni yayıblar. Ona görə də, onların paylaşımlarını ciddiyə almağa dəyməz. Əgər özünüz seçki məntəqələrinə gedib, nəyi isə müşahidə etsəydiniz, bu zaman sayıqlamlarınıza haradasa münasibət bildirmək olardı.
"Biz "seçkiyə birgə gedək" deyəndə, bunlar bağırırdı ki, "yox e, ayaqlarımızla mitinqə çıxıb hakimiyyətə gələcəyik"
Fakt budur ki, yuxarıda qeyd etdiyimiz kimi, sizlər seçki prosesindən kənarda qalmısınız və bunu özünüz istəmisiniz. Nəzərə almaq lazımdır ki, seçkidən sonra bütün siyasi partiyalar, ictimai təşkilatlar, ayrı-ayrı icmalar seçkilərin demokratik şəkildə, xalqın iradəsi əsasında keçirildiyini bildirib və Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevi yenidən Prezident seçilməsi münasibəti ilə təbrik ediblər. Prezidentliyə namizədlərin hər biri də Fateh Sərkərdəyə zəng edərək Ona Prezident seçilməsi münasibəti ilə öz təbriklərini çatdırıblar. Hətta Avropanın müəyyən dairələrinin təmsilçisi kimi təqdim olun REAL partiyasının sədri İlqar Məmmədov da Əli Kərimlinin, Cəmil Həsənlinin, Arif Hacılının və xaricdəki antimilli ünsürlərin seçki ilə bağlı qərəzli yanaşmalarına etirazını bildirib: "Öz namizədimizin yoxluğunda neçə-neçə dürüst, səmimi üzv və tərəfdarımız İlham Əliyevə səs verib. Bəli, bu siyasi gerçəklikdir. Seçkinin nəticələrini tanımayanları isə bu ənənənin 31-ci ildönümü münasibətilə ayrıca "təbrik edirəm". Qəzəblə tanımadıqları parlamentin və prezidentin qoyduğu vergini sevincək ödəyən bu şəxslər məntiqin canlı karikaturasıdır".
İ.Məmmədov fikirlərində müəyyən qədər nala-mıxa vursa da, gerçəkləri dilə gətirmək hissini itirmədiyini də nümayiş etdirib: "Biz "seçkiyə birgə gedək" deyəndə, bunlar bağırırdı ki, "yox e, ayaqlarımızla mitinqə çıxıb hakimiyyətə gələcəyik", amma indi təkcə barmaqlarını klaviatura üstündə gəzdirirlər. Nə ayaq, nə mitinq? Hələ neçəsi hökumətin sifarişilə bunu edir - onu sayıb qurtara bilmədik və heç marağında da deyilik".
İ.Məmmədovun fikirlərindən belə anlaşılır ki, artıq Azərbaycandakı dağıdıcı ünsürlər də Ə.Kərimlinin təxribatçı muzdlu olduğunu başa düşürlər. Bu isə Ə.Kərimli və ətrafında olan trol dəstəsi üçün heç də yaxşı perspektiv vəd etmir. Daha doğrusu, dağıdıcı ünsürlər arasında yeni qarşıdurma yaranacaq ki, bu zaman uduzan tərəf Ə.Kərimli olacaq. Çünki gərəksiz məxluqa çevrildiyini anlayan Qərb institutları Ə.Kərimliyə heç bir dəstəyi göstərməyəcəklər. Bu isə AXCP-nin maddi dəstəkdən məhrum olunması deməkdir ki, bunun da sonu AXCP-nin Ə.Kərimli ilə bir yerdə arxivə göndərilməsidir.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB