Bu gün biz Azərbaycanın gələcəyinə səs verdik

Bu gün biz Azərbaycanın gələcəyinə səs verdik

Bugünkü seçkinin ayrı bir rəngi var idi. Bu gün biz qarabağlı, şuşalı, xankəndili Azərbaycanın prezidentinə səs verdik. Bu, azərbaycanlı olaraq bizim üçün çox vacib idi. Çünki 30 il bu günləri, Qarabağa bayraq sancacaq o qəhrəmanımızı gözlədik.

SİA xəbər verir ki, bu fikirləri müsahibəsində İstanbulda fəaliyyət göstərən Mübariz İbrahimov adına təhsil müəssisəsinin rəhbəri, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin sədri, yazıçı-dramaturq Aygün Həsənoğlu ifadə edib.

Vətən müharibəsində əldə edilən şanlı Zəfərə görə Azərbaycan Ordusuna və şəhidlərimizə daima minnətdar olacağını vurğulayan yazıçı deyib: “Təhsil müəssisəmizin bütün müəllim və valideyn heyəti seçkidə iştirak etdi. Biz Azərbaycanın gələcəyinə səs verdik. Bu gün Azərbaycanın böyük bayramıdır. Hər bir həmvətənimi təbrik edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə