"Biz bu gün tarixi günün şahidi oluruq" - MƏNTƏQƏ SƏDRİ

"Biz bu gün tarixi günün şahidi oluruq" - MƏNTƏQƏ SƏDRİ

Bu gün - 7 fevral tarixində 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində Prezident seçkiləri keçirilir. Seçkilərə səhər 08:00-da start verildi. Səhər saatları olmasına baxmayaraq fəallıq müşahidə olunur. Seçicilər aktiv şəkildə iştirak edirlər. Seçkilərdə ilkin nəticələr saat 21:00-da elan ediləcək. Proseslərdə beynəlxalq və yerli müşahidəçilər də fəal iştirak edirlər.

Məntəqə sədri Könül Təhməzova: "1130 seçicimiz var. Seçki başlayıb. Bütün seçicilər prosesdə yüksək əhval-ruhiyyədə iştirak edirlər. Bu çox sevindirici haldır. Əlbəttə ki, biz bu gün tarixi günün şahidi oluruq".

Müşahidəçi Afət Əsgərova: "Seçkilər çox şəffaf, operativ keçirilir. Heç bir neqativ hal müşahidə olunmur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə