"Niderland öz işləri ilə məşğul olsun, qonşu dövlətlərlə səmimi münasibət qursun" - DEPUTAT MÜNASİBƏT BLDİRDİ
“Niderland tarix boyu cırtdan dövlət olsa da, iddiaları böyük olub. Tarixdə işğalçı bir dövlət kimi tanınır”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, Niderland daxilində nə qədər mədəni görünsə də, həmişə gözü onda-bundadır: “Həmişə o iddiada olub ki, dünyada harada zəif bir yer varsa oranı işğal etsin. Böyük iddialarla yaşaya bilmirdi, çünki o zaman Böyük Britaniya, Fransa daha əvvəl isə Portuqaliya və İspaniya kimi müstəmləkəçi dövlətlər var idi. Ona görə də bu gün də o xarakterdən əl çəkə bilmir”.
Deputat bildirib ki, Azərbaycan müstəqil dövlətdir, ərazi bütövlüyünü təmin etmək üçün minlərlə şəhid verib: “Niderland dövləti Azərbaycanın daxili işinə niyə qarışmalıdır ki?! Niderland öz işləri ilə məşğul olsun, qonşu dövlətlərlə münasibətlərlə səmimi olsun. Dünyanın demokratik dövlətlərindən biri olan Azərbaycanla da hər cür əlaqə saxlaya bilər. Amma Niderland baş naziri, xarici işlər nazirinin işi-gücü qurtarıb, ancaq Azərbaycandır, könüllü gedən ermənilərin dərdi onların dərdidir. Gözəl bir misal var, it hürər karvan keçər”.
A.İsgəndərov sonda bildirib ki, Azərbaycan dünyanın ədalətli dövlətlərindən biridir: “Azərbaycanda yaşayan hər bir xalqa böyük hörmət, etiram var. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan bütün xalqlar Ali Baş Komandanın rəhbərliyi altında birləşdi və öz suverenliyini bərpa etdi. İndi əgər qərb bunu görmək istəmirsə, görmək istədiyi zəif Azərbaycandırsa, bu gün o yoxdur. Bu gün öz haqqını özü əldə edən Azərbaycan var. Bu gün ölkəmizi kifayət qədər sevənlər var. Niderlandda sevmirsə, istəmirsə başına dəysin, ehtiyacımız da yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB