“Azərbaycan öz milli maraqlarının əleyhinə qərar qəbul etməyəcək” - ŞƏRH EDİLDİ
“Dünən Tbilisidə Gürcüstan və Ermənistan baş nazirlərinin görüşü baş tutub. Görüşdəki danışıqlarla bağlı iki ehtimal mövcuddur. Birinci halda Ermənistan Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün Gürcüstan kartından istifadə etmək istəyir. Zənnimcə isə bu görüş Qərbin tapşırığıdır. Çünki Gürcüstan da hazırda Rusiyanın əleyhinə olan, Avropa İttifaqına girmək istəyən bir dövlətdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, Gürcüstanın Azərbaycanla münasibətləri yaxşıdır və yenidən Qərb platformasının gündəmə gətirilməsi üçün məhz Gürcüstan variantından istifadə etmək istəyirlər: “Ermənistana da Gürcüstanla strateji tərəfdaşlıq haqqında müqavilələr imzalanması ilə bağlı tapşırıq verilib. Belə ki, Moskva platformasını Vaşinqton platforması ilə əvəz etmək istəyirlər. Bütün bunlar Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin müddətini uzatmaq və ya özlərinə sərf edən şəkildə imzalanmasını həyata keçirmək istəyən qüvvələrin işidir. Təbii ki, məsələnin başında da ABŞ durur. Hazırda ABŞ-ın Qarabağ məsələlərinə müdaxiləsinin intensivləşməsi də bununla bağlıdır. Belə ki, ABŞ Azərbaycana siyasi təzyiq göstərməyə çalışır. Amma Azərbaycan öz milli maraqlarının əleyhinə qərar qəbul etməyəcək. Digər bir tərəfdən isə biz nə Gürcüstan, nə də Ermənistana görüşməmələri ilə bağlı qadağa qoya bilərik. Onlar qonşu dövlətlərdir və görüşdə başqa məqsədlər də güdə bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB