"Regionların sosial-iqtisadi inkişafı Azərbaycanın xüsusi diqqət yetirdiyi sahədir" - RƏYLƏR

"Regionların sosial-iqtisadi inkişafı Azərbaycanın xüsusi diqqət yetirdiyi sahədir" - RƏYLƏR

Prezident İlham Əliyevin Neftçala və Lənkərana səfərinin əhəmiyyəti nədən ibarətdir? SİA mövzu ilə bağlı politoloqlar Oqtay Qasımov və Yeganə Hacıyevanın fikirlərini öyrənib.

Politoloq Oqtay Qasomovun fikrincə, Prezidentin bölgəyə səfəri həm bəzi iş yerlərin açılışı o cümlədən, regionların inkişafı proqramının həyata keçirilməsi ilə bağlı vəziyyətin öyrənilməsi, problemlərlə yerində tanış olması və həlli baxımından çox vacibdir: "Nəzərə almaq lazımdır ki, Prezident müntəzəm şəkildə regionlara səfərlər edir. Bu və ya digər layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərə şəxsən özü nəzarət edir. Bu baxımdan əlbəttə ki, əhəmiyyətli məsələlərdir. Prezidentin birbaşa vəziyyətlə tanış olması, eyni zamanda bölgələrdə məsələlərin, problemlərin həllinin yerindəcə yerinə yetirməsinə dair tapşırıqları vacib məsələdir".

Politoloq Yeganə Hacıyeva bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsindən ötən 3 il ərzində diqqətin daha çox Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ayrılmasına baxmayaraq, paralel olaraq digər bölgələrimiz də Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin diqqət mərkəzindədir: "Müasir dövrdə regional səviyyədə sosial-iqtisadi inkişaf proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi məsələləri dövlət idarəçiliyində nəzəri tədqiqatların dinamik istiqamətlərindən biridir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı layihələrin reallaşdırılması Azərbaycan dövlətinin xüsusi diqqət yetirdiyi sahədir. Dünya təcrübəsi onu göstərir ki, burada maliyyə vacib rol oynasa da, daha önəmli məsələ regional inkişaf layihələrinin icrasında nəzəri bilgilərə əsaslanan xüsusi diqqət amilinin mövcudluğudur. Prezident İlham Əliyevin Neftçala və Lənkərana səfərinin əhəmiyyəti regional inkişaf layihələrinin sosial-iqtisadi inkişaf templərinin, bütün mərhələlərini yerindəcə, şəxsən izləməsi bu isə proseslərin sürətinə və keyfiyyətinə birbaşa təsir edən amildir.

Bu məqamda onu da qeyd etmək yerinə düşür ki, siyasi idarəçi kimi Azərbaycan Prezidenti həm də iri iqtisadi layihələrin həyata keçirilməsində rəhbərlik təcrübəsinə malikdir. Bu isə bölgələrdə sosial-iqtisadi inkişaf və infrastruktur layihələrinin icrasında səmərəliliyə, ən əsası, şəffaflığa müsbət təsir göstərir. Prezident İlham Əliyevin diqqəti sayəsində məqsədyönlü və ardıcıl regional siyasətin həyata keçirilməsi bölgələrin sosial-iqtisadi inkişaf səviyyəsini yüksəltməyə, yaxşı investisiya mühitini təmin etməyə gətirib çıxarıb. Bölgələrə səfəri zamanı dövlətimizin başçısının xeyir-duası ilə çoxsaylı yeni müəssisələrin fəaliyyətə başlaması bunun sübutudur. Regionların sosial-iqtisadi inkişafı, infrastrukturun müasirləşdirilməsi rayon və şəhərlərdə sahibkarlıq fəaliyyətinin yaxşılaşmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə, administrasiya ilə yerli və xarici biznes dairələri arasında sıx əməkdaşlığın qurulmasına yaxşı zəmin yaradır. Bu yanaşma icra və qanunvericilik orqanlarının fəaliyyətinin davamlılığını təmin etməyə, inkişaf təcrübəsinə əsaslanaraq regional inkişafın prioritetlərini rasional formalaşdırmağa imkan yaradır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə