"Böyük Qayıdış proqramı uğurla həyata keçirilir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Böyük Qayıdış proqramı uğurla həyata keçirilir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Köç proseslərini izləyərkən onu demək lazımdır ki, Böyük Qayıdış proqramı uğurla həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, son illər ərzində azad edilmiş əsas şəhərlərimizdə - Füzuli, Ağdam, Şuşa, Laçın, Zəngilanda qayıdan insanlar üçün evlər tikilib, bütün şərait yaradılıb: "Qubadlı, Cəbrayılda işlər görülür. Yaxın müddətdə bu şəhərlərə də insanlar köçürüləcək. Qəsəbələrə böyük köç başlayıb, proses davam edir. Yeni iş yerləri açılır ki, çox zəruri məsələdir. Çünki qayıdan insanlar mütləq işlə təmin olunmalıdırlar. Onlar müxtəlif sahələrdə işləməlidirlər, ona görə bütün lazımi tədbirlər görülür. Son uğurlu əməliyyat nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərəyə də insanlar qayıdırlar. Bunun üçün xüsusi plan hazırlanıb".

"Düşünürəm ki, prezident seçkilərindən sonra bu proses daha da sürətlənəcək. İlin sonları üçün bələdiyyə seçkiləri keçirilməlidir. Bələdiyyə seçkiləri də regionlarda - Qarabağda, Şərqi Zəngəzurda keçiriləcək. Bu torpaqlarda da bələdiyyələr formalaşacaq, insanların ictimai təşkilində böyük rol oynayacaq. Bunlar regiona qayıdış üçün əlavə stimul yaradacaq" - deyə o, bildirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə