"Prezident İlham Əliyevin gördüyü işlər misli görünməmiş işlərdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyevin gördüyü işlər misli görünməmiş işlərdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Cənab Prezident İlham Əliyevin 20 il ərzində gördüyü işlər misli görünməmiş işlərdir". Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, bu fəaliyyəti danışmaq üçün bizə illərlə vaxt lazımdır: "Cənab Prezidentin 20 ildə gördüyü iş Azərbaycan tarixində yüz il əvvəl də görülməyib. Bu yöndə aparılan işlərin, layihələrin həyata keçirilməsinin Azərbaycanın dünya miqyasında tanınmasında çox böyük faydası oldu. Prezidentin bu uğurlarını xalq qəbul edir. Prezidentin 20 ildə gördüyü işləri Azərbaycan tarixində hansı dövlət başçısı görüb? Heç biri görməyib. Mən bunların hamısının şahidiyəm. Biz çalışmalıyıq ki, Azərbaycan Respublikası Prezidentinin apardığı bu işlərin hamısına dəstək olaq. Biz Müasir Müsavat Partiyası olaraq həmişə Prezidentin müdafiəsində olmuşuq. Dövlət başçısının müdafiəsində olduğumuza görə də qınaq obyektinə tuş gəlmişik. Böyük çətinliklərə məruz qalmışıq. Bu inkişafı gözü götürməyən qüvvələr var. Bundan sonra da çalışmaq lazımdır ki, ölkə başçısına kömək edək. Onun apardığı işləri xalqa düzgün çatdırmaq lazımdır".

O, bildirib ki, bütün çətinliklərə baxmayaraq Prezident Azərbaycan torpaqlarını işğaldan azad edən bir sərkərdə kimi Azərbaycan tarixinə düşdü: "Mən onu Azərbaycanın Atatürkü adlandırıram. Azərbaycanın hər bir vicdanlı vətəndaşı prezidentin uğurlarını xalq, sadə vətəndaşlar arasında müqayisəli şəkildə təbliğ etməlidirlər. Göstərməlidirlər ki, ölkə prezidentinin böyük uğurlar qazanmasında böyük fəaliyyəti var. Prezidentimizə uğurlar arzu edirəm. Bundan sonra da partiyamız cənab Prezidentin apardığı bu işləri xalq arasında ciddi təbliğ edəcək. Prezident seçkiləri üçün partiyamızda 80 qrup yaratmışıq, hər qrup 10 nəfərdən ibarətdir. Qruplar bölgələrdə, xalqın arasında təbliğat-təşviqat işləri ilə məşğuldur. Sağlam, dövləti istəyən müxalifət partiyasının üzvləri kimi cənab Prezidentin gördüyü işləri təbliğ edirik. Bunun çox böyük fərqi var. Prezidentin bu günə kimi 20 il ərzində gördüyü işlərlə yanaşı, bundan sonrakı 20 il ərzində də onun yanında olacağıq. Mən cənab Prezidentə uğurlar arzu edirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə