Son vaxtlar erməni cəmiyyətində gələcəyə ümidsizlik daha geniş yayılmaqdadır, hansı ki, bunun bir səbəbi də Ermənistan vətəndaşlarının ölkəni tərk etməsi və həmin ölkədə əhalinin sayının durmadan azalmasıdır. Doğrudur, erməni baş nazir Nikol Paşinyan, hakimiyyətə gəldiyi dönəmdə digər başqa vədləri ilə yanaşı, əhalinin sayının artacağını da vəd etmişdi, amma görünən mənzərə fərlidir və statistik göstəricilər gələcək üçün də tamamilə fərqli proqnozlar vəd edir. Daha dəqiq desək, Ermənistan əhalisinin sayının artması yox, əksinə, azalması müşahidə edilməkdədir və erməni siyasətçilərin bir çoxları da buna görə həyəcan təbili çalırlar, amma bunun qarısını almaq üçün əməli tədbirlər görüldüyünün şahidi olan yoxdur.
Bir vaxtlar hakimiyyətdə olan Ermənistan Respublika Partiyasının uzun müddət mətbuat katibi olmuş Eduard Şarmazanov əhalinin ölkəni tərk etməsinin ümidsizliklə əlaqədar olması ilə bağlı fikirlər səsləndirib və bunun səhv yol, nəticədə də həmin ölkə üçün arzuolunmaz olduğunu böyük təşviş içərisində ölkə ictimaiyyətinə çatdırmaq istəyib. “Ümidsizlik və öz vətənini tərk etmək problemin həlli deyil”, - deyə o, Ermənistan üçün böyük və heç də öz həllini tapa bilməyən problemi erməni cəmiyyətinin diqqətinə çatdırmağa çalışıb. Bir vaxtlar Ermənistan Respublikasının üçüncü prezidenti olmuş Serj Sarkisyana “itaətkarlığı” ilə seçilən Şarmazanov, “mən ölkəni tərk edəcəm” ifadəsini son vaxtlar tez-tez eşitdiyini bildirib. Onu da qeyd edib ki, əhalinin Ermənistanı tərk etmək niyyəti və ölkəni tərk etmək istəyənlərin olması 44 günlük müharibədə məğlubiyyət, Qarabağ xuntasının ləğvi, eləcə də erməni müxalifətinin fəaliyyətinin səmərəsizliyi ilə əlaqədardır. Bir sözlə, həmin bu Eduard bütün günahları hazırkı hakimiyyətin üstünə atıb və onun uğursuzluqları ilə əlaqələndirib.
“Ermənistan ulu tanrının bizə bəxş etdiyi vətəndir və bir xalq olaraq məqsədimiz öz vətənimizdə yaşamaq, yaratmaq, onu qorumaq və çiçəklənməsinə kömək etmək olmalıdır. Məğlubiyyətlərdən sonra mühacirət yolunu tutmaq yenilik, hünər deyil, o, orta əsrlərdə mövcud olub və təbii ki, bizim milli müqavimətimizi zəiflədir”, - deyə Şarmazanov çox böyük pafosla fikir bildirir. Maraqlıdır, tutaq ki, həmin o Eduard bilmir ki, Ermənistan heç də onların vətəni olmayıb və onlara tanrının da bəxşişi deyil. Bəs yaxşı, onu da bilmirmi ki, qurmaqla, yaratmaqla, çiçəkləndirməklə ermənilər arasında böyük bir uşurum var və onlar üçün ancaq vandallıq, dağıtmaq məhv etmək kimi bir xüsusiyyət xarakterikdir? Bunu Qarabağda yaşadıqları 30 il ərzində həmin əraziləri xarabazarlığa çevirmələrində nümunə olaraq, görmək onun üçün çoxmu çətindir? Bəlkə dağıtdıqları əraziləri qoyub qaçdıqlarını da görə bilmir bu Eduard? Vətən sözünü pafosla işlədən həmin bu Şarmazanovdan soruşmaq ayıb olmasın, əraziləri özlərinə doğma vətən kimi bilənlər vətəni dağıdarmı? O, indi hansı vətəndən, hansı vətəndaşlıqdan dəm vurur və bilmirmi ki, hayların tarix boyu işi-peşəsi bir yerdən başqa yerə köçmək, bir ərazidən qaçıb başqa bir ərazidə məskunlaşmaq, mühacirət olub? Bilmirmi ki, Ermənistanı da vətən hesab etmədikləri üçün haylar tərk etməkdədirlər? Bilir və hətta başa da düşür ki, yaxın zamanda haylar həmin əraziləri də qoyub qaçacaqlar və mühacirəti üstün tutanlar həmin ərazilərin onlar üçün vətən olmadığını təkrarən sübut edəcəklər.
Şarmazanovdan onu da soruşmaq olar ki, görəsən, itaətində olduğu Serj Sarkisyanın dövründə haylar Ermənistanı tərk etmirdilər? Bəlkə, utanmadan bunun əksini iddia etmək istəyir? Məgər ermənilərin mühacirəti bir an belə səngiyibmi və indi atılıb-düşən həmin o üçüncü prezidentin “itaətkarı” bundan əvvəlki statistik göstəriciləri bilmədiyini də yoxsa utanmadan demək fikrindədir? O, çox yaxşı bilir ki, Robert Koçaryan da, Serj Sarkisyan da hakimiyyətdə olduğu dövrlərdə belə ermənilər dinc dayanmayıblar və əllərinə ilk fürsət keçdiyində Ermənistan ərazisini tərk etməyi daha doğru addım hesab ediblər və mühacirəti üstün sayıblar, əraziləri, həmin ərazilərin çiçəklənməsi üçün çalışmağı yox.
“Problemin həlli belədir: öz vətənində qal, yaşa, döyüş. Ermənistan və Qarabağ üçün yaşayın və vuruşun. Ermənilərin məyus olub öz vətənlərini tərk etmələri türklərin də istəyidir. Asan olacaqmı? Əlbəttə yox. Amma başqa yol yoxdur”, deyən Şarmazanov münaqişəni qızışdırmaq niyyətindədir. O, Qarabağ torpaqları üçün yenidən hayları şirnikləndirir və daha bir nifaq yaratmaq üçün çox təhlükəli fikirlər səsləndirir. Kimi və nəyin uğrunda döyüşə səsləyir Eduard? Bu manipulyator bir tərəfdən deyir ki, haylar Ermənistanı tərk edirlər, ölkədən çıxıb gedirlər, mühacirətə üstünlük verirlər, yəni vətən anlayışını hesaba da almırlar, amma digər tərəfdən də Qarabağ üçün yenidən “döyüş” deyə erməni cəmiyyətinə səslənir. Heç Ermənistanı belə vətən hesab etməyənlərin, öz ev-eşiklərini qoyub qanuni olan ölkəni tərk edənlərin, mühacirətə üstünlük verənlərin onlara məxsus olmayan ərazilərdə, Qarabağda yaşamağa qərar verəcəklərinə yoxsa özünü və cəmiyyəti inandırmağa çalışır? Bütün bunlar onu deməyə əsas verir ki, Serjikin “itaətkarı” da özü kimi manipulyatoradur və yenə də aranı qızışdırmaq niyyətindədir ki, bundan da əvvəlki kimi, bir divident, bir mənfəət əldə etsin.
Ermənistan Respublika Partiyasının uzun müddət mətbuat katibi olmuş bir şəxs bilmirmi ki, Ermənistanın bir dövlət kimi bu günkü rəzil, rüsvayçı duruma düşməsinə səbəb məhz işğalçılıq niyyəti, başqalarına məxsus ərazilərin ələ keçirilməsi, həmin əraziləri özününlükləşdirmək cəhdləri və buna sövq edən qondarma miflər, təhlükəli çağırışlar olub? Bilir. Özü də çox yaxşı bilir. Yaxşı bilir ki, ermənilərə “Böyük Ermənistan” mifini, nağılını, uydurmasını danışanlar, orada kütləni qızışdırıb qonşu dövlətin, Azərbaycanın ərazisini ələ keçirməyə təhrik edənlər sonda ölkəni fəlakətlərə məhz buna görə, öz təhriklərinə görə sürüklədilər. Onu da yaxşı bilir ki, bu işğalçılıq siyasətinin yeridilməsində də elə “itaətində” olduğu Serj Sarkisyanın “müstəsna rolu” olub. Bütün bunların fonunda yenə də erməni cəmiyyətini qızışdırmaqmı fikrindədir? Yenə də fəlakətlərə sürükləməkmi istəyir hayları? Bir tərəfdən əhalinin ölkəni tərk etməsini faciə kimi göstərməyə çalışır, digər tərəfdən də münaqişəni qızışdırıb ölkəsinin özünü də faciəli duruma doğru çəkir. Buna ermənisayağı həyəcan təbili desək, yəqin ki, qınanılmarıq.
İndi Ermənistan vətəndaşları, həmin ölkənin əhalisi başa düşür ki, müstəqillik və suverenlik atributlarından da məhrumdurlar, onların rifahını düşünən də yoxdur. Başa düşürlər ki, işğalçılıq siyasəti yürüdən bir ölkənin gələcəyi ola bilməz və yoxdur. Eyni zamanda, erməniləri Ermənistandan qaçmağa məcbur edən bütün bunları dərk etmələridir. Eduard Şarmazanov bunu bilmirmi, həmçinin dərk etmirmi ki, onları mühacirətə vadar edən elə məhz yürüdülən yanlış siyasət, işğalçılıq siyasətinin acı nəticələridir? Bilir və dərk də edir. O zaman niyə bir də hayları qızışdıraraq, münaqişənin yenidən ortaya çıxmasına çalışır? Budurmu onun əhalinin mühacirəti, ölkələrini tərk edərək çıxıb getmələrinə görə narahatlığı və həyəcan təbili çalması? Nə ad vermək olar belə həyəcana və görəsən, fərqindədirmi ki, dedikləri bir-biri necə təzadlıdır?
Bəli, həqiqətən də Ermənistan əhalisi ölkəni tərk edir və mühacirətə üstünlük verir. Bunu statistik göstəricilər də təsdiq edir. Amma məsələ burasındadır ki, hayların ölkələrini tərk etmələri yeni tendensiya deyil. Haylar çoxdandır ki, Ermənistanı tərk etməkdədirlər və bununla bağlı son illərin statistikası onu deməyə əsas verir ki, həmin ölkənin əhalisi artıq çoxdandır azalmaqdadır. Təkcə onu xatırlatmaq kifayət edir ki, 1991-ci ildə hələ SSRİ-nin süqutu zamanı Ermənistanın əhalisi 3 milyon 618 min nəfər olduğu halda, 2023-cü il iyulun 1-nə olan məlumata görə, Ermənistan Respublikasının əhalisi 2, 985 milyon nəfər təşkil edib. Bu isə onu deməyə əsas verir ki, həmin ölkənin əhali sayında 700 min nəfərə yaxın, yəni demək olar ki, üçdə birinə yaxın həddə azalma var. Amma Eduard sadəcə olaraq özünü elə göstərir ki, guya o, bu məlumatları da, problemin dərinliyini də, səbəblərini də başa düşmür və bunu mövcud hakimiyyətlə, mövcud durumla əlaqəli hesab edir. Əslində isə belə deyil. O, çox yaxşı bilir ki, ermənilərin öz ölkələrini tərk etmə səbəbləri haradan qaynaqlanır. Onu da bilir ki, həmin səbəblər ölkələrinin gələcəyini sual altında qoyur.
Şarmazanov özünü elə aparır ki, guya belə davam edəcəyi təqdirdə Ermənistanı bundan da acınacaqlı gələcək gözləyə biləcəyini başa düşə bilmir və onu qorxudan yalnız əhalinin ölkəni tərk etməsidir. Əslində, daha fəlakətli məqamlarla yanaşı, ermənilərin ölkəni tərk etmələri də həyəcan təbili üçün əsasdır, amma Eduard Şarmazanov kimiləri bu həyəcanı ermənisayağı şəkildə bəyan edir və onun kökünü göstərmək niyyətində qətiyyən görünmür. Belə davam edəcəyi təqdirdə, statistik hesablamalara əsasən, Ermənistanın əhalisinin 2050-ci ilə qədər 2,6 milyon nəfərə qədər azalacağı gözləntiləri var və məhz bunu həyəcanla vurğulamalı idi həmin o Şarmazanov. Amma o, bu hadisələrin əsl səbəbini axtaran təəssüratı bağışlamır və Ermənistanın hazırkı hakimiyyətini hədəfə almaq niyyəti özünü dərhal, özü də çılpaq şəkildə büruzə verir.
Azərbaycanı da hədəfə alan Eduard bunu da bilməlidir ki, bizim ölkəmizdə hər şey tamamilə başqa şəkildədir və sözügedən istiqamətdə də, əhali artımında da dinamika müşahidə olunur. Əgər 1991-ci ildə Azərbaycanın əhalisi 7 milyon nəfərdən bir qədər çox idisə, 2023-cü il iyulun 1-nə olan məlumata görə, ölkəmizdə əhalinin sayı 10 151 517 nəfər həddində olub. Yəni, kifayət qədər böyük artım qeydə alınıb. Həmçinin, BMT-nin proqnozlarına görə, gələcək artımlar da buna müvafiq şəkildə olacaq. O zaman təkcə Şarmazanov deyil, digərləri də başa düşməli və qəbul etməlidirlər ki, bizim ölkəmizdə əhali artımı fonunda başqa şəkildə ağız büzmələri çox yersiz və gülünc görünür. Hayların ölkə ərazisini tərk etmələri ilə bağlı məsələlər barədə düşünməli olanların həyəcan təbili çalmaları da elə qeyri-ənənəvidir və belə demək mümkünsə, ermənisayağıdır. Ancaq bu sayaq həyəcan təbili çalanlar Eduard Şarmazanov kimi ortaya atıla bilərlər. Məsələ burasındadır ki, onlar belə davam edəcəyi təqdirdə, ortaya deyil, tarixin zibilliyinə atılacaqlar və buna görə həyəcan təbili çalmalıdırlar, özü də ermənisayağı yox, ənənəvi şəkildə...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB