"Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq daha da genişlənəcək" - DEPUTAT AÇIQLADI

"Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq daha da genişlənəcək" - DEPUTAT AÇIQLADI

“Azərbaycan-Qazaxıstan əlaqələri bir neçə istiqamətdə inkişaf edir. Xüsusən də son illərdə biz bu inkişafın parlaq şəkildə artdığını müşahidə edirik. Birinci istiqamət bizim MDB məkanına daxil olan ölkələr baxımından baxdıqda bu platformada həm qarşılıqlı görüşlər keçirilir, həm də müvafiq olaraq o anlaşmalara uyğun şəkildə əməkdaşlıq inkişaf edir. İkinci məsələ Türk Dövlətləri Təşkilatı çərçivəsindədir. Azərbaycan həm Xəzər üzərindən Qazaxıstandan gələn yüklərin qəbul olunması və sonra isə Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə o yüklərin daşınması baxımından əhəmiyyətlidir”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputatın sözlərinə görə, Qazaxıstan və Azərbaycan prezidentləri bir neçə dəfə müxtəlif platfomalarda, həm də Bakıda və Qazaxıstanın paytaxtında görüşlər keçirib: “Bu görüşlərdə ikitərəfli əlaqələr inkişaf edir. İkitərəfli əlaqələr iqtisadi cəhətdən olmaqla yanaşı siyasi cəhətdən də əhəmiyyət kəsb edir. Qarabağda tikinti-quruculuq işlərində Qazaxıstanın da rol alması mühüm əhəmiyyət kəsb edir. Bütün bunları birləşdirdikdə bir nəticəyə gəlirik ki, istər MDB məkanında, istər Türk Dövlətləri Təşkilatı çərçivəsində və ikitərəfli münasibətlərin olması onu göstərir ki, hələ əməkdaşlıq daha da genişlənəcək”.

M.Məmmədli bildirib ki, Azərbaycanın gələcəkdə yaşıl enerjinin ötürülməsində mühüm bir ölkə olması, Qazaxıstanın da burada potensialının olması Xəzər üzərindən müəyyən kommunikasiyaların çəkilməsi baxımından çox önəmlidir: “Bundan başqa Qazaxıstan böyük, inkişaf edən bir bazardır. Azərbaycanın tikinti, telekommunikasiya şirkətləri hazırda müəyyən işlər görür və bu işlər daha da artır. Bu çərçivədə də biz əməkdaşlığın daha da artmasının şahidi olacağıq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə