Fuad Qəhrəmanlı özünü xüsusi tapşırıqlar üzrə trol kimi aparır ANALİZ
7 fevral növbədənkənar prezident seçkilərinə hazırlıq və bu hazırlıq çərçivəsində namizədlərin yüksək formada fəallığı onu təsdiq edir ki, seçkilər əvvəlki seçkilərdən bir qədər fərqlənəcək. Əvvəla ona görə ki, 30 ildən sonra seçkilər Azərbaycanın tam suverenliyinin bərpası prosesində keçirilir. İkincisi, Qarabağın azad edilməsindən sonra xalq növbəti zəfərə imza atmaqda həvəsli və maraqlıdır. Məhz bu səbəbdəndir ki, 7 fevral növbədənkənar prezident seçkiləri zəfər seçkisi adlandırılır. Dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin seçki ilə bağlı qarayaxma kampaniyası aparması isə, sadəcə, boş qazanı mənasız yerə danqıltmaqdan başqa bir şey deyil.
Boykot zəifliyin və qorxaqlığın nəticəsidir
Diqqətçəkən məqam ondan ibarətdir ki, dağıdıcı müxalif funksionerlər öz sözlərini deyil, başqalarının qərəzli fikirlərini ifadə edirlər. AXCP sədri Əli Kərimli açıq şəkildə ABŞ-ın və Fransanın qaranlıq dairələrinin mövqeyini tirajlayır. Halbuki, sözügedən dövlətlərin bəzi üzdəniraq vəzifəli şəxslərinin Azərbaycana yönəlik haqsız və ədalətsiz mövqeləri Azərbaycan cəmiyyətində haqlı narazılıqlar yaradır. Bu yaxınlarda isə Fransanın Azərbaycanda casus şəbəkəsi ifşa olundu. Bütün bunlara Ə.Kərimlinin göz yumması və getdikcə daha geniş formada xarici maraqlı dairələrlə əməkdaşlığını dərinləşdirməsi, haqlı suallar yaradır: Niyə Ə.Kərimli Azərbaycan cəmiyyəti ilə həmfikir deyil? Nəyə görə Ə.Kərimli fransız casus şəbəkəsinin ifşa edilməsinə münasibət bildirmir? Susması və özünü lal və kar kimi göstərməyə çalışması onu deməyə əsas verir ki, ya Ə.Kərimli həmin casus şəbəkəsinin içindədir, ya da Avropa mərkəzlərindən susması üçün maddi yardımlar alır. Çünki necə ola bilər ki, hər xırda məişət məsələsinə görə Sevinc Osmanqızının TV-sinə çıxıb hay-küy qaldıran Ə.Kərimli böyük rezonans doğuran Fransa casus şəbəkəsi haqqında fikir bildirmir. Bu azmış kimi özünü hadisədən məlumatsız göstərməyə çalışır.
Fuad Qəhrəmanlı depressiyada olduğu üçün sayıqlayır
Əli Kərimli ilə yanaşı casus olayına trol dəstəsinin də münasibət bildirməməsi onların xarici maraqlı dairələdən sərt göstəriş aldıqlarını göstərir. Yalnız seçkilərdən danışırlar, təbii ki, qərəzli formada. Fəaliyyətlərində bölgü də aparıblar. Əli Kərimli boykotdan danışır və bu yöndə özünün sayıqlamalarını səsləndirir, trol dəstə üzvləri isə namizədliyini irəli sürən keçmiş əqidə dostlarını hədəfə alırlar. Fəal trollardan hesab olunan AXCP sədr müavinləri Seymur Həzinin və Fuad Qəhrəmanlının daha çox fəallıq göstərmələri onlara ayrılan maliyyə vəsaitlərinin digərlərindən artıq olduğunu göstərir. F.Qəhrəmanlı sosial şəbəkə hesabında paylaşdığı statusunda prezidentliyə namizədlər BAXCP sədri Qüdrət Həsənquliyevi, BQP sədri Fazil Mustafanı, ALDP sədri Fuad Əliyevi və Milli Şuranın keçmiş üzvü Namizəd Səfərovu hakimiyyəti dəstəkləyən şəxslər olduqlarını sayıqlayır: "Artıq prezident seçkilərində iştirak edəcək namizədlərin kimliyi bəlli oldu. Tərkibə fikir verəndə görürsən ki, daha çox siyasi iddiası olmayan, siyasətdəki mövcudluq forması ancaq hakimiyyəti dəstəkləməkdən ibarət olan şəxslər namizəd təyin olunublar. Onların heç Sahil Babayevi belə tənqid etmək hüququ yoxdur, heç özləri də insafən belə şeylərə həvəs göstərən deyillər. Adları partiya sədri kimi göstərilsə də, adi məmur tipindən heç nə ilə fərqlənmirlər".
F.Qəhrəmanlının qarışıq düşüncəsinə görə, Ə.Kərimlinin anormal iddialarının iştirakçısı olmayanlar onların düşmənləridir. Halbuki, ən böyük yaramaz və əxlaqsız məxluq özləridir. Çünki xain və satqınlardır. BAXCP sədri Qüdrət Həsənquliyev, BQP sədri Fazil Mustafa və ALDP sədri Fuad Əliyev sağlam müxalifətçilik fəaliyyəti göstərən və dövlətçiliyə bağlı olan partiya sədrlərdir. Mübarizliyinə və dövlətçilik mənafeyinə sədaqətlə xidmət etdiyinə görə, F.Mustafa fars-molla rejiminin əlaltıları tərəfindən terror hücumuna məruz qalmışdır. Xoşbəxtlikdən terror arzu etdikləri nəticəni verməmiş və F.Mustafa həyatda qala bilmişdir.
Görən F.Qəhrəmanlı hələ də başa düşmürmü istər F.Mustafa, istərsə də Q.Həsənquliyev zamanında AXCP-də təmsil olunmuşlar. Hətta partiyanın idarə edilməsində yaxından iştirak etmişlər. Lakin Elçibəydən sonra bir çoxları kimi Q.Həsənquliyev və F.Mustafa da Ə.Kərimlinin separatçı hərəkətlərinə dözməyərək AXCP sıralarını tərk etmişlər. Prezidentliyə namizəd N.Səfərov isə son vaxtlara qədər C.Həsənlinin rəhbərlik etdiyi Milli Şuranın əsas funksionerlərindən olub. Bu, o N.Səfərovdur ki, C.Həsənlinin və Ə.Kərimlinin sifarişləri əsasında dövlət maraqlarını müdafiə edən və bu yolda mübarizə aparan şəxslərə qarşı qarayaxma kampaniyası aparırdı. Bunu da F.Qəhrəmanlı qanmırsa və yaddan çıxarıbsa, deməli, onun başında problemləri var.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB