"COP29-a sədrlik edilməsi Azərbaycanın öncüllüyünü bir daha təsdiq edəcək" - MÜNASİBƏT BİLDİRİLDİ
"COP29 tədbirinin ölkəmizdə keçirilməsi sadəcə bir tədbirin reallaşdırılması mənasına gəlməməlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu toplantının keçirilməsi üçün ölkələrin yekdilliklə səs verməsi cənab Prezident İlham Əliyevə, dövlətimizə olan etibar və inamın göstəricisidir: "Bu sübut edir ki, dünya siyasətində Azərbaycanın yeri möhkəmlənir. Məsələlərin həllində rolu və təsiri artır. Konfransa dünya ölkələri liderlərinin gəlməsi Azərbaycanı dünyanın gündəliyində saxlayacaq. Bu tədbir Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi altında yürütdüyü ekoloji siyasətin düzgünlüyünü göstərir".
"Səfər zamanı qonaqların Azərbaycanın bütün ərazilərinə səfər etmək imkanları olacaq. Onlar hər şeyi gözləri ilə görəcəklər. Azad olunmuş torpaqlarda aparılan işləri və ondan əvvəlki vəziyyəti aydın təsbit edə biləcəklər. Bakıda keçirilən tədbirdə dünya üçün aktual olan ətraf mühitin mühafizəsinə aid gələcək perspektivlər müəyyənləşdiriləcək. COP29-a sədrlik edilməsi Azərbaycan dövlətinin öncüllüyünü bir daha təsdiq edəcək"- deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB