"30 ildə hər cür erməni məkrini və hiləsini görmüşük" - EKSPERT AÇIQLADI
“Ermənistan delimitasiya prosesinin onun maraqları nöqteyi nəzərindən uğurla başa çatmasını istəyir. Burada ən böyük problem odur ki, iki dövlətin arasında sovet vaxtında da bəlli ərazi razılaşması olmayıb”. Bu barədə SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Ekspertin sözlərinə görə, ərazilər dəqiq bölünməyib, çünki Ermənistan yaradılanda Azərbaycanın tarixi əraziləri pay verilib: “Orada dəqiq dəqiq sərhəd anlayışı da olmayıb. Az qala 100 il sovet dönəmi boyunca da yaylaqlarımızın onların istismarında olması deməkdir. İndi o reallıqlar dəyişib və Azərbaycan öz torpaqlarına həm nəzarət edir, həm də müəyyən müəyyən edir. Bu da normal bir prosedurdur. Ona görə də bu proses uzanır. Bundan əlavə hələ anklavlar məsələsi də var”.
Ə.Əlibəyli bildirib ki, Ermənistan sülh müqaviləsinin ilkin şərtlərindən biri kimi qoşunların bölgədən çəkilməsini tələb edir: “Bu da Azərbaycanı aldatmaq, şəhidlərin qanı hesabına əldə olunmuş nəzarət postlarını təhvil vermək deməkdir. Zatən 30 ildə erməni məkrini, hiləsini və Azərbaycanı aldatmaq üçün hər cür alətlərdən istifadə etdiyini görmüşük. Ona görə də bu məsələlər proseslərdə təkliflər kimi sığınır, tez-tez üzə çıxır. İndiki, gündəmdə də bu cür sürprizlər gözləyə bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB