"Ermənistanın daxilində taleyüklü məsələlərə münasibət birmənalı deyil" - ŞƏRH EDİLDİ
“Ermənistanın sülh sazişini imzalanmaması yaxud bu istiqamətdə razılığa gələ bilməməsinin bir sıra səbəbləri var”. Bu barədə SİA-ya açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, ilk olaraq bu onu göstərir ki, Ermənistan hakimiyyəti qərarları təkbaşına vermir: “İkincisi Ermənistan Rusiya ilə qərb arasında tarazlığı qorumağa çalışır. Üçüncüsü Ermənistan Rusiya və başda Fransa olmaqla Aİ-nin ortaq razılığa gəldiyi məsələlərə razılıq verir, onlara əməl edir. Dördüncüsü Ermənistanda daxili qüvvələr arasında ölkənin taleyüklü məsələlərinə münasibət birmənalı deyil”.
S.Soltan qeyd edib ki, digər tərəfdən Ermənistan hakimiyyəti bu prosesi uzatmaqla diplomatik, siyasi mənada vaxt udmağa çalışır: “Qərblə Rusiya arasında tarazlıqda üstünlüyün qərbin əlinə keçməsinin zamanını gözləyir. Xüsusən Fransanın regionda maraqlarını təmin etmək üçün çalışır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB