“Fransa casuslarının ifşası Azərbaycanın güclü mövqeyini göstərir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Fransa casuslarının ifşası Azərbaycanın güclü mövqeyini göstərir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Fransa Vətən müharibəsindən sonrakı periodda Azərbaycana qarşı çoxsaylı destruktiv fəaliyyətlər icra edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bu xüsusda həmlələrin sayı BMT müstəvisində ölkəmizə qarşı aparılan məkrli təbliğat və rəsmi Parisin əlində olan bütün imkanlardan ölkəmizə qarşı istifadə olunması, eləcə də İslamafob, türkəfob baxışların meydana gəlməsi, Fransanın müxtəlif səviyyədə rəsmilərinin ölkəmizə qarşı bəyanat və açıqlamaları onu deməyə əsas verir ki, burada Fransa birtərəfli qaydada Ermənistanı dəstəkləyir, həm də bütün imkanlardan istifadə etməyə çalışır ki, regionda möhkəmlənsin: “Çünki Fransa yeni reallıqlarda Cənubi Qafqazda özünə yer tapa bilmir. Fransa qlobal səhnədə də mövqe itirir, xüsusilə Afrikada maraqlarına zərbə vurulur. Bu itirilmiş maraqları Ermənistan hesabına Cənubi Qafqazda bərpa etmək niyyətindədir.

Eyni zamanda BMT TŞ, Avropa İttifaqı, Kanadanın işə cəlb olunması ilə Fransa ölkəmizə qarşı genişmiqyaslı iş aparmaqdadır. Avropa İttifaqının mülki missiyasının Ermənistana yerləşdirilməsinin əsas təşəbbüskarı Fransadır. Onun sayının artırılmasında maraqlı olan Makron hakimiyyətidir. Fransa tərəfindən məsələ o qədər genişləndirilir ki, artıq bura agentura şəbəkəsi, casusluq elementləri də daxil olur. Azərbaycanın xüsusi dövlət orqanlarının Fransa casuslarını ifşa etməsi Azərbaycanın güclü mövqeyini göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə