"Təəssüf ki, Ermənistanla bilavasitə fiziki görüşlər həyata keçirilmir" - XİN

"Təəssüf ki, Ermənistanla bilavasitə fiziki görüşlər həyata keçirilmir" - XİN

"Noyabr ayının sonunda Azərbaycan Ermənistan tərəfindən sülh təkliflər paketini əldə edib. Bir aylıq müddət çərçivəsində Azərbaycan da öz təkliflər paketini hazır edərək Ermənistana yönəldib". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair hesabat brifinqində deyib.

"Bu il ərzində prosesin tərkib hissəsi olan bir neçə görüş həyata keçirilib. Lakin bu məsələdə bir qədər durğunluq var. Çünki bilavasitə fiziki görüşlər həyata keçirilmir. Vaxt itkisinə yol verməmək məqsədilə lazım olan layihələr üzrə hər iki tərəf öz təkliflərini hazırlayır. Düşünürəm ki, 2024-cü ildə də bu proseslər uğurlu şəkildə davam etdiriləcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə