“Cənab İlham Əliyevin namizədliyinin verilməsi tamamilə gözlənilən idi” - MÜNASİBƏT BİLDİRİLDİ
“Yeni Azərbaycan Partiyası üzvlərinin sayına görə ölkədə ən böyük siyasi təşkilatdır. Eyni zamanda onun ölkənin bütün regionları üzrə şaxələnmiş güclü yerli təşkilatları var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, YAP-ın cəmiyyətimizin bütün təbəqələrində böyük nüfuzu vardır: “YAP öz fəaliyyətində birmənalı olaraq ümumxalq maraqlarını, Azərbaycanın bütün region və təbəqələrinin maraqlarını əks etdirir”.
Deputat sözlərinə belə davam edib: “Qarşıdan gələn növbədənkənar prezident seçkilərində YAP-ın idarə heyəti genişləndirilmiş iclasında partiya Sədri cənab İlham Əliyevin namizədliyini irəli sürdü. Bu bir tərəfdən yeni Azərbaycanda seçki ənənələri və demokratik dəyərlərin möhkəmlənməsinə öz töhfəsini verir.
Cənab İlham Əliyev həm Azərbaycanda, həm də dünya birliyində tanınmış siyasi xadimdir. Onun namizədliyinin verilməsi tamamilə gözlənilən idi. YAP üzvləri hesab edir ki, İlham Əliyevin namizədliyini irəli sürməklə onun apardığı siyasəti daha uğurla davam etdirə biləcəklər. YAP digər partiyaların da öz namizədləri irəli sürməsini gözləyir və gələn ilki prezident seçkilərinin demokratik şəraitdə keçməsi üçün var gücü ilə çalışacaqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB