“Sosial şəbəkələrdə təbliğat işlərinin aparılmasında gənclərin fəallığının artırılması” FOTOLAR
YAP Tərtər rayon təşkilatı bildirir ki, 24 noyabr 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində “Sosial şəbəkələrdə təbliğat işlərinin aparılmasında gənclərin fəallığının artırılması” mövzusunda dəyirmi masa keçirilib. Tədbirə başlamazdan əvvəl görüş iştirakçıları Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov gənclərin iştirakı ilə keçirilən belə görüşlərin əhəmiyyətindən danışaraq vurğulayıb ki, YAP Tərtər rayon təşkilatı hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Partiya gənclərinin fəaliyyətində əsas prioritet məqsəd və istiqamət Partiyamızın yaradıcısı Ümumilli Lider Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsi , cəmiyyətdə aşılanması , Prezident İlham Əliyevin qarşımıza qoyduğu məqsəd və hədəflərə nail olmaqdır.
Bu gün dünyada qlobal proseslərin baş verdiyini deyən Eldar Əsədov yeni texnologiyaların, sosial şəbəkələrin cəmiyyət həyatına ciddi təsir etdiyini söyləyərək bildirdi ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilsədə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov müasir gəncliyin qarşısında duran vəzifələrlə bağlı öz fikir və tövsiyələrini bildirib və bu yolda onlara daha da aktiv olmalarını bildirmişdir. Tədbirdə YAP fəalları çıxış edərək belə tədbirlərin xüsusilə gənclərin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, habelə onların sosial şəbəkələrdən düzgün istifadə ilə asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıblar.
Sonra bir qrup YAP fəalına Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ictimaiyyət arasında təbliğində fəal iştirakına görə YAP Tərtər rayon təşkilatı tərəfində Fəxri Fərmanlar təqdim edildi.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB