“Azərbaycanla Türkiyə qardaş dövlətlərdir. Bir millət iki dövlətdir. Bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir. Çanaqqala savaşında Azərbaycan oğulları türkiyəli qardaşları ilə bərabər savaşıb, şəhid olublar”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.
Onun sözlərinə görə Çanaqqalada Azərbaycan şəhidliyi var: “1918-ci ildə Bakının işğaldan azad edilməsində Nuru Paşa və qardaş ölkənin əsgər, zabitləri döyüşüblər. Azərbaycanda türk şəhidliyi var. Eyni zamanda, Türkiyənin İstiqlal mücadiləsinə Azərbaycan maddi-mənəvi dəstək verib. Müstəqillik dönəmində Azərbaycanın müstəqilliyini ilk olaraq qardaş Türkiyə dövləti tanıyıb. Ulu Öndər Heydər Əliyev bu əlaqələri ən yüksək səviyyəyə qaldırıb. Türkiyə həmişə Azərbaycanı dəstəkləyib, Azərbaycanda Türkiyəni dəstəkləyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında oldu. Ümumiyyətlə, Azərbaycan və Türkiyə hıər zaman bir-birinin yanındadılar. Hərbi əməkdaşlığımız yüksək səviyyədədir. Birgə hərbi təlimlər keçirilir. Azərbaycan ordusu cənab Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyə modelinə keçir və bu istiqamətdə xeyli işlər görülür. Bir sözlə, mətbuat, ədəbiyyat, incəsənət, elim, mədəniyyət və digər sahələrdə əlaqələr yüksək səviyyədədir. Hər sahədə əməkdaşlıq ən üst səviyyədə davam edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB