“ABŞ-ın məqsədi Azərbaycanı anti-Rusiya koalisiyasına cəlb etməkdir” -MÜNASİBƏT

“ABŞ-ın məqsədi Azərbaycanı anti-Rusiya koalisiyasına cəlb etməkdir” -MÜNASİBƏT

“ABŞ qlobal siyasətdə alverçi təfəkkür ilə davranır. Yəni onlar kimdənsə hansısa ölkədə nəyisə almaq istəyəndə bir qayda olaraq özlərinin əllərindəki imkanlardan istifadə etməklə həmin ölkənin üzərinə gedirlər. İndi də ABŞ-ın əsas məqsədi Azərbaycanı anti-Rusiya koalisiyasına cəlb etməkdir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Ermənistanla bağlı artıq bu işdə ciddi irəliləyişə nail olublar: “Gürcüstanı Rusiya ilə düşmən ölkəyə çevirib. Rusiya Gürcüstanın torpaqlarını işğal edib. Cənubi Qafqazda Azərbaycan öz müstəqil siyasətini yürütməkdə davam edir. ABŞ isə bundan xoşlanmır. Ona görə də, onlar Azərbaycanı küncə sıxışdırırlar ki, dövlətimiz də anti-Rusiya koalisiyasında yer alsın. Amma Azərbaycanda təbiidir ki, bütün məsələlər də olduğu kimi, Rusiyaya münasibətdə də netirallığını qorumağa məcburdur. Çünki biz başa düşürük ki, bizi Rusiyaya qarşı qızışdıranlar sonra arxamızda duran deyillər. Necə ki, Gürcüstanın Rusiya ilə arası açıldı və torpaqları işğal edildi. Bu işdə ona heç kim kömək etmədi, eləcə də bizim başımıza eyni oyunlar gələ bilər. Elə Ukrayna ilə bağlı hərəkətdə də eyni qaydada ABŞ və Qərb bu ölkəni qızışdırdı və Rusiya ilə qarşıdurmaya sürüklədi. Rusiya da onun torpaqlarını işğal etdi. İndi də Rusiya ilə Ukrayna arasında müharibə gedir. Qərb daha Ukraynanı Rusiyanın əlindən ala bilmir. Azərbaycan da bu acı təcrübəni görür və başa düşür. Ona görə də, Rusiya məsələsində öz netirallığını qoruyur. Təbiidir ki, ABŞ bundan xoşlanmır və ittihamlar irəli sürülür. Yəni Azərbaycan bir növ küncə sıxışdırılmağa cəhd edir. Amma biz bunlardan narahat deyilik, qorxmuruq və çəkinmirik. Çünki dediyim kimi, Azərbaycan dövlətinin tək bir xətti var, milli dövlət maraqlarımızın hər şeydən üstün tutulması. Bizim üçün ABŞ və Rusiya arasında və yaxud Avropa Birliyi ilə Rusiya arasındakı münasibətlər önəmli deyil. Bizim üçün önəmli olan öz milli dövlətçilik maraqlarımızın qorunmasıdır. Üzərinə gələcəklər əlbəttə ki, cavanlarını verəcəyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə