“Heç kim Azərbaycanı uğurlu və şərəfli yolundan döndərə bilməz” - DEPUTAT FİKİR BİLDİRDİ

“Heç kim Azərbaycanı uğurlu və şərəfli yolundan döndərə bilməz” - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycan 44 günlük müharibə və 1 gün davam edən anti-terror tədbirlərini həyata keçirməklə öz suverenliyini bütün ərazilərində bərpa etdi və beynəlxalq hüquq normaları çərçivəsində ədaləti özü təmin etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, qısa zaman ərzində işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanıldı: “Dünyada analoqu olmayan sürətlə proseslərin icrası həyata keçirildi: “Belə ki, bütün ərazilərdə minaların təmizlənməsi, paralel olaraq quruculuq işlərinin aparılması və Böyük Qayıdışa başlanılması birbaşa olaraq dövlətin gücündən xəbər verir.

Artıq bir çox ərazilərə mərhələli şəkildə köç prosesi başlayıb. Orada doğulub, dədə-baba torpaqlarından digərgin düşən insanlar öz doğma yurdlarına geri dönürlər.

Bütün bu proseslərin icra olunması, xüsusilə də Böyük Qayıdış hazırda ölkənin qarşısında duran pirioritet məsələdir. Ordunun müharibə dövründəki şücaəti, xalqın Ali Baş Komandanın ətrafında sıx birləşməsi və post-müharibə dövründəki bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi Azərbaycanın qüdrətinin təzahürü kimi qeyd olunmalıdır. Dost ölkələr bu güc-qüdrəti sevinclə izləyir, bizi gözü götürməyən dövlətlər isə suyu bulandırmağa çalışırlar. Lakin heç kim Azərbaycanı uğurlu və şərəfli yolundan döndərə bilməz”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə