“Azadlıq meydanında səslənən şüarlar gələcək müstəqilliyin carçısı idi” - FƏLSƏFƏ DOKTORU DANIŞDI
“17 nobar Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində mühüm tarixi rol oynayıb. Məhz həmin gün 17 noyabr 1988-ci ildə Azərbaycan xalqı bir yumruq kimi birləşərək, dünyaya bir daha sübut etdi ki, azad olmağa layiq xalqdır”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.
O bildirib ki, 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet rejiminə qarşı ilk kütləvi etiraz səsini qaldırdı: “Bununla da sübut olundu ki, Azərbaycan xalqı birləşərək, öz müstəqilliyinə addım-addım yaxınlaşa bilər.
1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycan SSRİ-nin rəhbərliyində olub. Həmin dövrlərdə Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müasir müstəqilliyinə doğru qədəmlərini qoymağa başlamışdı. Azərbaycan 20-ci əsrin əvvəllərində müstəqilliyin, demokratiya və istiqlalın dadını görmüşdü və bu dəfə də yenidən müstəqil olmaq, arzularını reallaşdırmaq üçün Azadlıq meydanına axın etmişdilər. Əslində həmin Azadlıq meydanında səslənən şüarlar, qoyulan tələblərin hər biri gələcək müstəqilliyin carçısı idi.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi Azərbaycanda qeyd olunur. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı inkişaf xəttini bütün sahələrdə gördük. Bu isə artıq Azərbaycan xalqının dayağı olmuşdur. 1988-ci ildə xalqın birləşərək, azadlıq istəməsindən sonra bu birləşməni, bir yumruq olmağı 44 günlük Vətən müharibəsində də görmüş olduq. Azərbaycan xalqı bir daha öz birliyini dünyaya sübut etdi və öz torpaqlarımızın bütövlüyünü təmin etdik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB