“Parad Türk dünyasının zəfər tarixinə yazılacaq şanlı səhifədir” - MÜNASİBƏT
“Xankəndində Azərbaycan Silahlı Qüvvələrinin paradı çox möhtəşəm və qürurverici idi. Paradı qəbul edən Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı ermənilərə və onun havadarlarına bir daha xəbərdarlığını edərək bildirdi ki revanşist xülyaya düşənlər layiqli cavablarını bir daha alacaqlar”. Bunu SİA-ya açıqlamasında AMİP-nin funksyaneri Əli Orucov deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı illərdir ki, bu tarixi günün həsrətini çəkirdi: “Bu qələbə paradı həm də Türk dünyasının zəfər tarixinə yazılacaq şanlı səhifədir. Nəinki Sevinc Osmanqızı kimilər, ümumiyyətlə heç kim, heç bir qüvvə nə Azərbaycan xalqının Ordu və Ali Baş Komandan vəhdəti ilə 44 günlük müharibədəki qalibiyyətimizə, nə də sentyabrın 19-20 də antiterror əməliyyatının uğurlarına kölgə sala bilməz. Xankəndində keçirilən parad həm də Azərbaycanın qüdrətinin və gücünün dünyaya bir daha nümayişi idi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin möhürü idi. Könül istərdi ki, belə möhtəşəm parad tarixi torpaqlarımızda Zəngəzurda, Pəmbəkdə, Göyçədə, İrəvanda keçirilsin və bədxahlar da belə tarixi günlərə baxıb rəzil olsunlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB