Tərtər və Bərdədə Zəfər Günü ilə əlaqədar bayram tədbiri keçirilib
8 Noyabr - Zəfər Günü münasibəti ilə Tərtər və Bərdədə bayram tədbiri keçirilib. SİA xəbər verir ki, Tərtərdə keçirilən tədbir Şəhidlər abidə kompleksinin qarşısında təşkil edilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bu günü böyük sevinc və qürur hissi ilə qeyd edən tərtərlilər bu zəfəri xalqımıza yaşadan yenilməz sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, əsgərlərimizlə fəxr etdiklərini bildiriliblər.
Bərdədə keçirilən "Zəfərin mübarək Azərbaycan" adlı tədbirə isə Rayon İcra Hakimiyyəti Aparatının, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri, hərbi hissələrin şəxsi heyətləri, Bərdə Regional ASAN Xidmət könüllüləri qatılıb.
Tədbir əsgərlərin hərbi keçidi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB