Azərbaycan səfirliyi Tbilisidə Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirir
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Tbilisi şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirilir. SİA xəbər verir ki, səhər saatlarından başlayan aksiya çərçivəsində üzərində "Xarıbülbül", Şuşa, Xənkəndinin fotoları və digər məlumatları əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb.
Həmin avtomobil paytaxtın mərkəzi küçə və prospektlərindən hərəkət edəcək.
Aksiya günün sonunda başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB