"Dinc insanların və uşaqların ölümü bütün dünyanı narahat edir" - MÜNASİBƏT

"Dinc insanların və uşaqların ölümü bütün dünyanı narahat edir" - MÜNASİBƏT

"İsrail ordusu Qəzzada quru əməliyyatını davam etdirir. Məqsəd HƏMAS-ı tamamilə vurub sıradan çıxartmaq və onu məhv etməkdir".Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, bu əməliyyatın gedişində çoxsaylı dinc insanların və uşaqların ölümü şübhəsiz ki, bütün dünyanı narahat edir: "İran və iordaniya hərbi əməliyyatlara qoşulmaq ehtimalı barədə bəyanatlar veriblər. Ancaq ABŞ, həm İsrail, həmdə digər dövlətlər onları bu addımdan çəkindirməyə çalışırlar. Çünki bu müharibənin daha geniş ərazini əhatə etmək ehtimalı var. Bu da bütün dünya üçün çox ciddi təhlükədir. Eyni zamanda, İsrail hakimiyyətinin təmsilçilərinin birinin hətta nüvə silahından istifadə ehtimalı barədə bəyanat verməsi də çox ciddi narahatlıq doğurub. Bu gün həm ABŞ, həm də onun müttəfiqləri əllərindən gələni etməyə çalışırlar ki, müharibəyə digər dövlətlər qoşulmasınlar. Hələlik isə buna nail ola bilirlər. Ancaq nə qədər bu mümkün olacaq və digər dövlətlərin bu prosesə müdaxiləsinin qarşısını almaq mümkün olacaqmı bu çox ciddi bir sualdır və məsələdir. Bir sözlə, bütün digər dövlətlər kimi, Azərbaycanı da son dərəcə narahat edir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə