Rusiya sülhməramlı kontingenti şəxsi heyətin rotasiyasını başa çatdırıb

Rusiya sülhməramlı kontingenti şəxsi heyətin rotasiyasını başa çatdırıb

Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti şəxsi heyətin rotasiyasını başa çatdırıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik bülletenində məlumat verilib. Bildirilib ki, Şuşa rayonunda daha bir müşahidə postu bağlanıb. Sentyabrın 19-dan cəmi 10 müşahidə postu və 16 müvəqqəti müşahidə postunun bağlandığı vurğulanıb.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyasını, eləcə də silah və hərbi texnikanın plana uyğun təmiri üçün Rusiyaya yola salınmasını başa çatdırıb.

Bülletendə, həmçinin qeyd olunur ki, sülhməramlı kontingent Azərbaycan tərəfi ilə birlikdə yaşayış məntəqələrinin elektrik təchizatının bərpasında iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə