“Avropa ölkələrinin əksəriyyəti İsrailə kömək olacağını bildirir“ - POLİTOLOQ ŞƏRH ETDİ
“İsrail-Fələstin müharibəsi davam etməkdədir. Artıq İsrail qoşunları Qəzzaya daxil olaraq, orada əməliyyatlar aparırlar. Son verilən məlumata görə İsraildə 1405, Fələstində isə 8005 nəfər həlak olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, müharibə gün keçdikcə daha da qızışır: “İsrailin Qəzzada yerüstü əməliyyatlara başladığı təqdirdə İranın qırmızı xətti olacağını bildirən İran hazırda səssizdir. Çünki ABŞ onlara heç bir tədbir görməmələri ilə bağlı xəbərdarlıq edib.
İsrail qoşunları səmadan 300-dən artıq obyekti vurublar. HƏMAS rəhbərlərindən bəziləri artıq danışıqlar aparmağa çalışır. Qeyd edim ki, Çinin 5 gəmisi, Amerikanın hərbi gəmiləri artıq körfəzdədir. Avropa ölkələrinin əksəriyyəti İsrailə kömək olacağını bildirir. Lakin dünyanın bəzi yerlərində də İsrailin addımları nifrət doğurur. Bütün bunları nəzərə alsaq, müharibənin tezliklə bitməsini gözləmək mənasızdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB