Parisin maraqları Cənubi Qafqaza dəhşətli müharibə vəd edir
Erməni lobbisinin imkanları, onların yaşadıqları, mövcud olduqları ölkənin bütün sahələrinə necə nüfuz etdikləri barədə məlumatları oxuyanda daha çox siyasətçilərin, dövlət ərkanında olanların, bir sözlə rüşvət, korrupsiya və külli miqdarda pul vəsaiti hesabına öz məsləkini, mənliyini satanların taleyinə sadəcə acıyırsan. Əksinə, ölkəsində və beynəlxalq təşkilatlarda söz sahibi olan həmin şəxslər yenə ədalətdən danışır, sanki heç nə olmayıb kimi öz işlərinin dalıca gedirlər. İtirənlər isə həqiqəti dünyanın nüfuzlu ölkələrinin toplaşdığı qurumlarda axtaranlar olur. Azərbaycan hələ də ədalətin zəfər çalacağı günü, hələ də Ermənistanın işğalçılıq əməllərindən sonra xalqımıza, təbiətimizə, maddi və mədəni abidələrimizə, keçmişimizə, gələcəyimizə dəyən ziyanın ödəniləcəyi ilə bağlı beynəlxalq məhkəmənin qərarını gözləyir.
Bu arada xəbər verilib ki, Azərbaycan Qarabağla bağlı “min səhifəlik sübuta” əsaslanaraq Ermənistana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) iddia qaldırıb. Materialdan göründüyü kimi, mətndə “Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın qanunsuz hərbi işğalı ilə bağlı sübutlar” var. Bundan əlavə, söhbət “insanlığa qarşı digər cinayətlərdən” gedir, mətndə qeyd olunur. Qeyd olunub ki, Azərbaycan xalqına qarşı törədilən bu cinayətlər sadəcə olaraq hansısa təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, həm də etnik ədavət və radikal millətçi ideoloji xətt üzərində qurulub.
Beynəlxalq məhkəmələrdə dövlətlərarası şikayətlərin xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına bir neçə il ərzində baxılmalıdır. Sentyabrın 19-da Azərbaycan hakimiyyəti Qarabağda lokal antiterror tədbirləri həyata keçirib. Bakı məqsədin “genişmiqyaslı təxribatların” qarşısının alınması, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və Ermənistan ordusunun bölmələrinin bölgə ərazisindən çıxarılması olduğunu deyib. Bir gün sonra separatçılar təslim olduqlarını, qondarma qurumu isə ləğv etdiklərini açıqlayıblar. Bundan sonra hər kəs düşünürdü ki, ermənilər Bakının təklif etdiyi şərtlərlə razılaşıb regionda çoxdan gözlənilən sülhün bərqərar olmasına səy göstərəcəklər. Amma bugünkü vəziyyət onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyi sülh, sabitlik və təhlükəsizlik msələlərinə bir o qədər də ciddi yanaşmır. Rusiyadan ayrılmadan özünə arxa-dayaq, onun əvəzinə döyüşən, müharibə aparan himayədar axtarır.

Erməni lobbisinin oyuncağı
Maraqlı xəbər budur ki, Fransanın mədəniyyət naziri Rima Əbdül Mələk Ermənistana səfər etdi. Səfəri maraqlı edən digər nüans isə fransalı nazirin Ermənistana anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə eyni təyyarədə gəlməsidir. Bu o deməkdir ki, erməni lobbisi Rima Əbdül Mələki İrəvana yollayır və nazir məhz ona verilən məlumat və tezislər əsasında bəyanat səsləndirir. Xanım nazirin Qarabağla bağlı səsləndirdiyi bəyanat da erməni ruhundadır, erməni lobbisinin çürümüş anti-Azərbaycan təbliğatının təkrarıdır. Bunlar həm də köhnə “erməni havaları”dır. Nazir iddia edir ki, Qarabağ bölgəsində tarixi və mədəni abidələr təhlükə altına düşüb. Bununla da guya Qarabağda “erməni irsinin mövcudluğu”ndan danışan nazir əslində uydurmaların girdabında olduğunu sübut edir.
Eyni zamanda Fransa Cənubi Qafqaz siyasətini bütün sahələr üzrə Azərbaycana qarşı hücuma keçməklə qurmaq istəklərini qətiyyən gizlətmir. Bundan əvvəl Fransanın XİN başçıxı, iri şəhərlərinin merləri, senatorlar, deputatlar, o cümlədən president Makron Azərbaycanı əsassız yerə ittiham etməklə erməni lobbisinin, xristian təəssübkeşliyinin əsiri olduqlarını isbatlayıblar. Mədəniyyət abidələri barəsində çıxışlar etməklə fransız siyasətçilər Azərbaycanı keçmişlə, mədəni abidələrin qorunması ilə “vurmağa” can atır və düşünür ki, məqsədinə çata biləcək. Beynəlxalq qanunların, sənədlərin təsirsiz olduğu bir dartışmanı mədəni, etnik, multikultural dəyərlərin hakim olduğu sahələrə gətirmək istəyir.
Bu hün Cənubi Qafqaza can atan Fransa bundan əvvəl özünə, öz fəaliyyətinə münbit şərait yaratmaq, hər 3 ölkəni və onlara yaxın, yəni regional aktorlar olan dövlətləri neytrallaşdırmaq istəyir. Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır, Paris də bilməmiş deyil ki, regionda bütün məsələlər Bakıdan soruşulur və onun xeyir-duası olmadan heç bir kənar ölkə burada hər hansı layihədə iştirak edə bilməz. Bu, bir reallıqdır və Azərbaycanın potensialı regionu öz təsir dairəsində saxlamağa imkan verir. Fransa isə nədənsə bunu unudur, uzun illər müstəmləkəçilik siyasəti yürütdüyü Afrika qitəsi ilə Cənubi Qafqazı eyniləşdirir. Bizi ittiham etməzdən əvvəl Fransa keçmişinə nəzər salsın, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda Azərbaycanın mədəni, tarixi irsinə qarşı görünməmiş vandallıqlar törədən Ermənistanı yada salsın. Azərbaycanı hansısa olmayan hadisədə günahkar bilmək təəccüblüdür, amma çaşqınlıq yaratmamalıdır. Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığı ölkələrlə bağlı faktların da UNESCO, AŞPA tərəfindən araşdırılmasını təşkil etsin. Onda haqq-ədalət öz yerini tutar.
UNESCO və AŞPA-dan söz düşmüşkən, bu qurumlar da öz müstəqillikliklərini çoxdan itiriblər, transmilli şirkətlərin və iri dövlətlərin vassalına çevriliblər. Sifariş necə gəlirsə o cür də yerinə yetirilir. Fransa Ermənistanla müdafiə sahəsindəki əməkdaşlıq sazişinin fonunda mədəniyyət sahəsini özünün Azərbaycana qarşı total kampaniya siyasətinin mərkəzinə gətirir. Fransa regionda Ermənistanı silahlandırmaqla qüvvələr balansını dəyişəcəklərini düşünürlər. Ancaq Fransanın həm hərbi, həm siyasi, həm də mədəni sahədəki Ermənistana verdiyi dəstək proqramı perspektiv baxımından elə Parisin özünə sərfəli deyil. Çünki Paris bu qədər pul və enerji xərcləyir, kəşfiyyatını səfərbər edir, lakin bu, regionda Azərbaycanın hərbi-siyasi parametrlərlə yaratdığı reallıqların kölgəsində qalır.
Bəs Fransanın edə biləcəyi nə isə varmı? İlk növbədə, Fransa ambisiyasına şərik tapmağa çalışa bilər və Hindistanla əlaqələr qurulması mümkündür. İkincisi, Fransa Hindistanla mümkün sövdələşmə kanalına Azərbaycanla Türkiyəyə rəqib tərəfdə dayanan regional oyunçuları da qoşmağa cəhd göstərə bilər. Keçmiş müstəmləkə olan Hindistanın anti-müsəlman rolu Parisin işinə yaraya bilər. Ona görə də hər iki ölkənin Ermənistan maraqları uzlaşır. Maraqlıdır ki, həmişə sülhməramlı missiya təmsilçisi təbliğatını genişləndirən Parisin əməlləri görüntülərlə tərs mütənasiblik təşkil edib və bu gün də davamlı olaraq genişlənir.

Fransanın Suriyada arxeoloji terroru
Fransız mütəxəssislər 2020-ci ilin əvvəllərindən bəri Suriya ərazisində qazıntılar aparmağa başlayıblar. Arxeoloji qazıntılar məxfi qrif, eləcə də kürdlərin müdafiəsi adı altında aparılır. Agentlik bu bölgədə təxminən 200 fransız əsgərinin olduğunu qeyd edib. Qazıntılar Deyr əz-Zor şəhəri yaxınlığında aparılır. Məhz bu ərazidə qədim Assuriya şəhəri Dur Katlimmunun xarabalıqları yerləşir. Tapılan abidələr ABŞ bazasına daşınır. Fransanın Livan dövlətini hələ də idarə etdiyinə dair xəbərlər təsadüfi deyil. Məhz bu ölkə vasitəsilə Paris Yaxın Şərq siyasətini sürdürür. Münaqişələrin çözülməməsi, əksinə daha da qızışmasının arxasında rəsmi Yelisey Sarayının dayandığını isbat etmək də artıq zəhmətdir. Çünki bu, faktdır.
Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram.

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.
Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır. Amma alınmayacaq, çünki, dünya birliyi müstəmləkəçiliyə yox deyir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB