Hakan Fidan Aİ ölkələrinin səfirləri ilə Qəzzanı müzakirə edib
Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Aİ nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrutu və Avropa İttifaqına üzv ölkələrin Türkiyədəki səfirlərini qəbul edib.
SİA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbə bildirib.
Qeyd olunub ki, görüş zamanı Qafqaz, Orta Asiya və Ukraynadakı müharibə kimi aktual məsələlər də gündəmə gətirilib.
Bundan əlavə, tərəflər İsrail-Fələstin münaqişəsini də müzakirə ediblər.
H. Fidan Qəzzada baş verən hadisələrə dair mülki əhalini hədəf alan hücumların qəbuledilməz və dərhal dayandırılmalı olduğunu vurğulayıb.
O, münaqişənin regional səviyyəyə çatmasının qarşısının alınmasının da lazım olduğunu əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB