“Azərbaycan bütün hədəf və məqsədlərinə çatır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan bütün hədəf və məqsədlərinə çatır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan sürətli şəkildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışı həyata keçirir. Dövlətimiz ən qısa müddət ərzində torpaqlarını işğaldan azad etdi. Bu isə Azərbaycanın cənab Prezidentin rəhbərliyi ilə bütün qlobal layihələri həyata keçirmək imkanında olduğunu göstərdi. Biz artıq Zəngilanda, Füzulidə, Laçında soydaşlarımızın öz doğma yurdlarına qayıtdığının şahidiyik. Otuz il ərzində ermənilər bu ərazilərdə daşı-daş üstə qoymaqdıqları təqdirdə, Azərbaycan bir neçə il ərzində infrastrukturu bərpa etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan sürətli şəkildə yenidənqurma işlərini həyata keçirir: “Artıq yüzlərlə ailə öz doğma yurduna qayıdır. Bu gün Laçın da ən sürətli şəkildə bərpa olunaraq, inkişaf edən ərazilərimizdən biridir. Görülən işlər Azərbaycanın gücünün və iradəsinin göstəricisidir. Azərbaycan müstəqil dövlət olaraq mərhələli şəkildə bütün hədəf və məqsədlərinə çatır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə