“Böyük Qayıdışa dair Dövlət Proqramı sürətlə icra olunur” MÜNASİBƏT

“Böyük Qayıdışa dair Dövlət Proqramı sürətlə icra olunur” MÜNASİBƏT

“Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə üç ildə 70-dən çox səfər etmişdir. Bu, ilk növbədə, vətən torpağının dövlət başçımıza nə qədər əziz olduğunun göstəricisi hesab edirəm. Dövlət başçımızın bu ərazilərə səfərləri çoxlu infrastruktur layihələrin və yaşayış məntəqələrin təməllərinin qoyulması və açılışları mərasimləri ilə zəngin olur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Böyük Qayıdışa dair Dövlət Proqramı sürətlə icra olunur: “Artıq Ağalıya, Laçına, Zabuxa, Talışa, Füzuliyə və digər ərazilərə keçmiş məcburu köçkünlər qayıtmaqda davam edir. Ölkə başçımızın bu səfərləri ermənilərin işğalı dövründə rular şəhərlərinə dönmüş ərazilərə yenidən canlanma və həyat qayıtmağı ilə müşahidə olunur. Bu səfərlərin böyük siyasi əhəmiyyəti də var. İlk növbədə, ölkə başçımızın dediyi sözün imzası qədər mökəm olduğunu göstərir. Həm də dövlət başçımız səfərlər çərçivəsində Ermənistana və onu dəstəkləyənlərə vacib mesajlar səsləndirir. Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar reallığa çevrildiyindən bu mesajları dinləyən ermənilər öz hərəkətlərini yenidən nəzərdən keçirir. Prezident İlham Əliyev deyirdi ki, Ermənistanın baş naziri Qarabağın Azərbaycan olduğunu ifadə etməlidir və ölkə ərazimizin bütövlüyün tanıdığını açıqlamalıdır. Artıq Paşinyan cənab Prezidentin dediklərini ifadə etdi. İndi isə cənab Prezident Qarabağdan sülh mesajlarını verir. Ermənistan bu mesajları da dəstəkləməlidir. Dövlət başçımızın işğaldan azad olunmuş ərazilərə intensiv səfərləri xalqımıza və ordumuza yeni güc verir. Mübarizlik və quruculuq əzmimizi artırır. Həm də bizim öz doğma torpaqlarımıza qayıtdığımız dünyaya nümayiş olunur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə