"Böyük Qayıdış 5 mühüm prioritetdən biridir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Böyük Qayıdış 5 mühüm prioritetdən biridir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış 2030-cu ilədək Azərbaycan dövlətinin qarşısında dayanan 5 mühüm prioritetlərindən biridir. Bu il Qarabağa Qayıdış üçün dövlət büdcəsindən ayrılmış vəsaitin ümumi həcmi 3 milyard manatdan artıqdır və bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, keçmiş köçkün vətəndaşların işğaldan azad olunmuş rayonlara qayıtması ilə bağlı dövlət ilk növbədə üzərinə düşən sosial öhdəlikləri yerinə yetirir, bu məqsədlə bəlli ərazilərin infrastrukturu yenidən qurulur, sosial təyinatlı obyektlər tikilir, iş yerləri açılır: “Hələlik bu rayonlar dövlət tərəfindən dotasiya alacaq rayonlar sırasındadırlar. Rayonların məskunlaşması bu ərazilərdə dövlətin ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpası, onların təhlükəsizliyinin təmin edilməsi, bu rayonların da respublika iqtisadiyyatına inteqrasiyası baxımından böyük dövləti əhəmiyyət daşıyır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə