"Azərbaycan ordusu ən güclü ordulardan birinə çevrilib" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan ordusu ən güclü ordulardan birinə çevrilib" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ordumuz güclənmiş və döyüş qabiliyyətini daha da artırmışdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün bu siyasət nəticəsində Azərbaycan ordusu ən güclü ordulardan birinə çevrilib: "Ordumuz güclənməkdə davam edir və möhkəmlənir. Azərbaycan ordusu qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün bütün zəruri addımları həyata keçirir".

Ceyhun Məmmədov sözlərinə belə davam edib: "Bu gün eyni zamanda yeni hərbi müəssisələrin tikilməsi və qurulması üçün addımlar atılır. Savadlı gənclərin bu prosesə cəlb olunması üçün dövlət tərəfindən ciddi işlər görülür. Düzgün idarəçilik sisteminin qurulması, tapşırıların vaxtında yerinə yetirilməsi vəı keyfiyyətli icra olunmasına bütün bu addımlar ciddi zəmin yaradır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə