"Kimin nə düşünməsinin hər hansı bir əhəmiyyəti yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan layiq olduğu uğurları qazana bildi. Xalqımızın qətiyyəti, torpağına, tarixinə özünəməxsus bağlılığı öz nəticəsini verdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı ən layiqli oğul və qızlarını önə çıxardı: "Xalq əlinə silah götürüb torpaqlarını işğaldan azad etdi. Bu gün bütün Azərbaycan coğrafiyası üzrə suverenliyimiz bərpa olunub. Bu zaman xaricdə Azərbaycanla bağlı kimin nə düşünməsinin hər hansı bir əhəmiyyəti yoxdur. Onların anti-Azərbaycan hərəkətlərinin bizim qətiyyətli mövqeyimizə hər hansı bir təsiri olmayacaq".

"Biz torpaqlarımıza ona görə sahib olduq ki, onu qorumaq istəyir və ərazilərimizi daha möhtəşəm etmək istəyirik. 1991-ci ildən bəri Azərbaycana qarşı edilən bütün hücumlara ən sərt cavabımızı verə bilmişik. Dünya artıq Azərbaycanı tanıyır və bundan sonra da hər şey belə davam edəcək",- deyə deputat sözlərinə əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə